Elşad İskəndərov kimdir?

Elşad İskəndərov kimdir?

Həyatı

21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.

 

Təhsili
1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir.

1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2002-2004-cü illərdə ABŞ-ın Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır.

 

Karyerası
1993-1995-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir.

1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.

2000-2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır.

2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir.

2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.

2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.

31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və 2 may 2014-cü ilədək bu vəzifədə çalışmışdır.

11 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçilmiş, 2018-ci ilin oktyabrında səlahiyyət müddəti başa çatmışdır. Həmin vaxtdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində çalışır.

 

İctimai-siyasi fəaliyyəti

1995-ci ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən olmuşdur. Sonrakı illərdə Milli Şuranın sədr müavini olmuşdur.

 

Ailəsi
Ailəlidir, 3 övladı - Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ