EURO 2,0024 NEFT 78,23
USD 1,7 RUB 0,0256

Etibar Pirverdiyev kimdir?

Etibar Pirverdiyev kimdir?

Etibar Sinabəddin oğlu Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur.

1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir.

1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.

2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir.

Hazırda "Azərenerji" ASC-nin prezidentidir.

Ailəlidir, 3 övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ