EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267

Feyruz Mustafayev kimdir?

Feyruz Mustafayev kimdir?

Feyruz Mustafayev (tam adı: Mustafayev Feyruz Rəcəb oğlu) - Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992 - 16 may, 1992); Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (22 may 1991 - 18 may 1992); Azərbaycan Respublikası “Azərquşsənaye” Dövlət Şirkətinin prezidenti (8 fevral 1993-?); Azərbaycan Respublikasının Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993 - 16 oktyabr 1994); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002)

1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib.

1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-cü ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır.Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir.Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır.

Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. Sonra Xanlar RPK- nin birinci katibi seçilir. İqtisadiyyatı geri qalan bu rayonu da qabaqcıllar sırasına çıxaran F.Mustafayev planları ödəyə bilməyən Şamaxı rayonuna təyinat alır.

Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti əhali arasında ruh yüksəkliyi yaradır. Bütün bu quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L.İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

1975-ci ildə Azərbaycan KP Xanlar RK-nın birinci katibi olan vaxt 343 nömrəli Qızılca seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib. Mədəniyyət komissiyasınınü üzvü olub.

1987-ci ildə Aqrar Sənaye komitəsində sədr müavini. Sonra Qaçqınlar komitəsinin sədri, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, Baş Nazirin müavini işləyəndən sonra da Baş Naziri əvəz edib.

4 övladı, 8 nəvəsi olub.

7 iyul 2018-ci ildə vəfat edib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ