Frits Ştuxlik kimdir?

Frits Ştuxlik kimdir?

Frits Ştuxlik (alm. Fritz Stuchlik) 11 fevral 1966-cı ildə Vyanada anadan olub.

Hakimlik karyerasına 1982-ci ildə başlayıb. 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib.

Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib.

Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub.

2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır. O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb.

2018-ci ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.

14 sentyabr 2018-ci ildə AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ