EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

İsfəndiyar Vahabzadə kimdir?

İsfəndiyar Vahabzadə kimdir?

İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə 1954-cü ildə Bakıda anadan olmuşdur. Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğludur.

1976-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir.

1983-1985-ci illərdə Əfqanıstanda tərcüməçi (SSRİ Müdafiə Nazirliyi) tərcüməçi, 1985-1986-cı illərdə baş katib, 1986-1988-ci illərdə Bakı Ali Partiya Məktəbində müəllim işləmişdir. 1988-1990-cı illərdə Azərbaycan Kommunist Partiyasının Bakı şəhər komitəsində təlimatçı, 1990-1991-ci illərdə Bakı Şəhər Səbail rayonunda İcraçı Komitənin nümayəndəsi, 1991-1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, 1997-1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, 1999-2002-ci illərdə, Azərbaycan Respublikasının Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda səlahiyyətli nümayəndəsi olmuşdur.

2002-2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecinin (indiki BAAU) müəllimi olmuşdur. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədr müavini, 2005-2011-ci illərdə Azərbaycan Respublikasının Moldovada Fövqəladə və Səlahiyyətli səfiri olub. 2011-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikasının Belarusiyada Fövqəladə və Səlahiyyətli səfiri olub. Filologiya elmləri doktoru, professoru və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan və Belarusiya yazıçılar ittifaqının, Belarusiya jurnalistlər birliyinin üzvüdür. Belarusiya yazıçılar ittifaqının “Qızıl Qələm” ordeni ilə təltif edilmişdir, fars, dari, türk və rus dillərini bilir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ