EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251

Kamal Yaşar kimdir?

Kamal Yaşar kimdir?

Həyatı

Kamal Yaşar 2 avqust 1984-cü ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Müxtəlif televiziyalarda çalışıb və əməkdaşılıq edib. Bir neçə teatr tamaşalarında rejissor və aktyor kimi çalışıb. ANS TV-nin və tvseans.com-un bazasında dublyaj olunan çoxsaylı sənədli, bədii və cizgi filmlərini səsləndirib. Film və teatr tamaşaları haqqında çoxsaylı resenziyaların müəllifidir. 2017-ci ildə VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi və ali mükafatçı kimi 67-ci Berlin Film Festivalının fəxri qonağı olub. Hazırda televiziya, teatr, kino, reklam layihələrində fəaliyyətini davam etdirir.

Filmoqrafiya

Sərhəd (III) (2016, qısametrajlı bədii film) - rejissor, ssenari müəllifi
Dönüş (Endorfin) (2017, qısametrajlı bədii film) - rejissor, ssenari müəllifi
Qonaq (2017, qısametrajlı bədii film) - rejissor, ssenari müəllifi, aktyor
Mayak (II) (2017, qısametrajlı sənədli film) - rejissor, ssenari müəllifi
Onun ünvanı (2017, qısametrajlı bədii film) - aktyor (dəmirçi)
İmza (2018, qısametrajlı bədii film) - rejissor, ssenari müəllifi
Səndən sonra (II) (2018, tammetrajlı sənədli film) - rejissor, ssenari müəllifi
Yes smoking, no içəridə (2018, qısametrajlı bədii film) - rejissor, ssenari müəllifi

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ