EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Ələddin Çakıcı kimdir?

Ələddin Çakıcı kimdir?

Türk mütəşəkkil cinayətkarlıq təşkilatı lideri Ələddin Çakıcı 20 yanvar 1953-cü ildə Trabzon vilayətinin Arisin rayonunun Fındıqlı kəndində anadan olmuşdur.

17 avqust 1998-də Türkiyə və Avstriya polisi tərəfindən birlikdə keçirilən bir əməliyyatla stilist Canan Yaka ilə sənətçi Səlcuq Uralın qızı Əsli Uralla birlikdə Fransanın Nitse şəhərində tutulub. Çakıcının üzərindən Nədim Canər adına hazırlanmış xarici pasport və 17.000 dollar tapılıb.

Törətdiyi sübut edilən cinayətlər və aldığı cəzalar

Jurnalist Hıncal Uluçun yaralanmasına əmr vermək məhkəməsində üç il dörd ay həbs cəzası verilib.
15 nəfərin yaralanması ilə nəticələnən Karagümrük İdman Klubu Obyektinə qarşı 26 mart 2000-ci il tarixində təşkil olunan silahlı hücumla bağlı işdə, "mənfəət məqsədli cinayət təşkilatı qurmaq və idarə etmək" cinayətindən üç il dörd ay, yaralamaya əmr verməkdən də 14 il doqquz ay cəzaya məhkum edilib. Məhkəmə mütəşəkkil cinayətdən verilən cəzanı qüvvədə saxlasa da yaralamaya əmr vermə iddiasında üsul çatışmazlığı tapıb.

Birjaçı Adil Öngənin avtomobilinin güllələnməsi ilə bağlı olaraq on il on ay cəzaya məhkum edilib.
Uludağda 1995-ci ildə keçmiş həyat yoldaşı Nuriyyə Uğur Kılıçın öldürülməsi hadisəsində əmr verən olduğu iddiasıyla mühakimə olunub və 2006-ci ildə Bursa 1-ci Ağır Cəza Məhkəməsi tərəfindən əvvəlcə ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə Kılıçın Çakıcıya dediyi "Öcalan səndən daha şərəflidir" sözü səbəbi ilə təhrik güzəşti edib və nəticədə Çakıcıya 19 il iki ay həbs cəzası verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün də 10 ay həbs cəzası verilib.

Dərin dövlət ilə əlaqəsi

Birjaçı Adil Öngənin güllələnməsi ilə bağlı məhkəmədə iştirak edən Çakıcı, xaricdə Türkiyə Milli Kəşfiyyat Təşkilatı adına çalışdığını və həmişə dövləti qoruduğunu, amma "peşka kimi" istifadə edildiyini deyib. Çakıcı ən demokratik və inkişaf etmiş ölkələrdə belə dərin dövlətin mövcud olduğunu və olması lazım olduğunu deyib, "amma bizlərin suyu çıxıb" deyə əlavə edib. Türkiyə Milli Kəşfiyyat Təşkilatının keçmiş Xarici Kəşfiyyat Rəhbəri Nuri Gündəş 2007-ci ildə NTV-də dərin dövlət mövzusunun müzakirə edildiyi canlı yayımda Ələddin Çakıcıdan danışarkən, "Eşidirsə, yanaqlarından öpürəm; Əgər dövlətə bir xidməti varsa" -deyib.

Alaattin Çakıcı, Bolu F tipli həbsxanada hökmdür.

 

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ