EURO 1,9292 NEFT 57,09
USD 1,7 RUB 0,0255

Lev Trotski kimdir?

Lev Trotski kimdir?

Həyatı


Lev Trotski, Lev Davidoviç Bronşteyn 7 noyabr 1879-cu ildə, Rusiya İmperiyasinın (indiki Bereslavka, Bobrinets rayonu, Kirovoqrad oblastı, Ukrayna) Xerson quberniyasında, Yanovka, yaxud Yanivka kəndində anadan olmuşdur. Yəhudi ata, David Leontyeviç Baronşteyn (1847-1922) ana Anna Baronşteynin (1850-1910) səkkiz uşağından beşincisi idi. Ailə yəhudi olsa da, deyilənlərə görə, dindar deyildi. Ailədə adətən Rus və Ukrayna dilləri istifadə olunmuşdur. Evdə işlədilən dil, Surjik kimi tanınan Rus və Ukrain dillərinin qarışığı idi. Trotskinin kiçik bacısı, Olqa, qabaqcıl Bolşevik, Lev Kamenevlə evlənmişdi.

9 yaşlı Lyova, Odessada Müqəddəs Pavel məktəbində oxumağa göndərilir. Trotski bioqrafiyasının müəllifi İsaac Deutscher (İzak Döytçer) yazır ki, Odessa o zamanki Rusiyanın bir çox şəhərindən fərqli olaraq, kozmopolit liman şəhəri idi. Bu mühit gənc oğlanın beynəlmiləlçi dünyagörüşünün inkişafına kömək etmişdir. 1889 - 1895 ci illər arasında oxuduğu Odessa şəhərində Trotski "Matezis" tipoqrafiya və elmi nəşriyyatın sahibləri Moissey Filipoviç Şpeçner və Fanni Solomonovnanın ailəsində yaşamışdır.

Odessadaki məktəbdən qovulan Trotski, təhsilini davam etdirmək üçün gəldiyi Nikolayev şəhərində inqilabçı fəaliyyətinə başlayır. İlk başda narodniklərə (inqilabçı populistlər) qoşulur. Daha sonra isə əvvəllər qarşısında olduğu Marksizm ideologiyasını mənimsəyir. Fizika-riyaziyyat fakultəsinə qəbul olunur ancaq bu təhsilini elə başlanğıcda buraxır. 1897-ci ilin başlanğıcında Cənub-Rus İşçiləri Birliyini qurmağa kömək edir. Lyova ləqəbini istifadə edərək siyasi vərəqələr, pamfletlər yazıb çap edir və sənayə işçiləri və inqilabçı tələbələr arasında yayır.

1896-cı ildən sosial-demokrat hərəkatına qoşulmuşdur. 1904-cü ildən bolşevik və menşeviklər birliyi fraksiyasında iştirak etmiş, 1905-1907-ci illərdə Petroqradda faktiki olaraq fəhlə deputatlar sovetinin lideri olmuşdur. Həmçinin professional natiq olaraq təsiredici nitqi ilə seçilirdi. Həmin illərdə "İzvestiya" qəzetinin, 1908-1912-ci illərdə isə "Pravda" qəzetinin redaktoru olmuşdur. 1912-ci ildə bolşeviklər "Pravda" adlı yeni qəzet nəşrinə başladılar, bu böyük mübahisələrə səbəb oldu.

Oktyabr inqilabında sonra 1917-1918-ci illərdə sovet dövlətinin xarici məsələlərinə, 1918-1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq etmişdir. "Qızıl Ordu"nun yaradıcılarından biridir.

Trotskinin Stalinlə hakimiyyət uğrunda mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələndi, 1927-ci ildə partiyadan çıxarılaraq Alma-Ataya göndərildi. 1929-cu ildə isə SSRİ-dən xaric edildi və Sovet vətəndaşlığı əlindən alındı.

Lakin Trotski, SSRİ-dən kənarda olsa belə Stalinə, qarşı fəaliyyətini davam etdirirdi və Stalinin əmrilə baş tutmuş əvvəlki bir neçə uğursuz cəhddən sonra 20 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada, yaşadığı mənzildə buz baltası ilə ağır yaralandı və növbəti gün vəfat etdi.

 

Əsərləri


Həyatım - avtobioqrafik kitab
1905
Permanent inqilab
Stalin
Bizim inqilabımız

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ