EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Əli Həsənov kimdir?

Əli Həsənov kimdir?

Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetini bitirmişdir. Tarix elmləri doktoru, professordur.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiridir.

31 iyul 2018-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Əməkdar dövlət qulluqçusu fəxri adına layiq görülmüşdür.

 

Ailəsi
27 noyabr 2015-ci ildə anası Səfiyyə xanım Bakı şəhərində vəfat etmişdir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ