EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251

Əlqas Mirzə kimdir?

Əlqas Mirzə kimdir?

Həyatı


15 mart 1516-cı ildə Şah İsmayılın və Taclı Bəyim Sultanın ilk oğlu olaraq həyata göz açmışdır.Məhinbanu Sultanın,I Pərixan Sultanın, Bəhram Mirzənin və Sam Mirəznin doğma I Təhmasibin və digərlərinin isə ögey qardaşıdır

 

Fəaliyyəti


İlk dəfə 1528-ci ildə, 12 yaşında Özbəklərə qarşı iştirak etdiyi Cəm döyüşündə fərqlənmişdir. 1532-ci ildə Bədr xan Ustaclının qəyyumluğu altında Astarabad hakimliyini almışdı. 1534-1535-ci illər ərzində Səfəvi ordusunun bir sərkərdəsi kimi Osmanlıya qarşı müdafiəsində başçılıq etmişdir.

Şirvanşahlar dövlətinin zəifliyindən istifadə edən I Təhmasib Şirvan vilayətini işğal etmək məqsədilə 1538-ci ilin yayında göndərdiyi 20 minlik ordunun başçısı idi. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilmiş, 6 ay sonra isə Əlqas Mirzə Şirvana bəylərbəyi təyin edilmişdi.

1546-cı ildə I Təhmasib öz əyanlarından Bəyoğlu Ustaclının Xanbəyim xanımla evlənməsinə razılıq verdiyi üçün qardaşına qarşı qiyam qaldırır və öz adından Dərbənddə sikkə kəsdirməyə başlayır. 1547-ci ildə Təhmasibin Dərbəndi tutmasından sonra o 40-50 nəfər rəiyyət ilə Krıma, oradan da İstanbula qaçdı.

Bir başqa keçmiş Səfəvi sərkərdəsi olan Üləma paşa Təkəli Osmanlıda Ərzurum bəylərbəyliyinə təyin olunmuşdu. Sultan Süleyman Qanuninin əmri ilə Əlqas Mirzə də ona qoşulmuş və 27 iyul 1548-ci ildə Təbrizi ələ keçirmişdilər. 5 noyabr 1548-ci ildə Əlqas Mirzə ona verilmiş ordu ilə Həmədanı ələ keçirdi. Şəhərdə qardaşı Bəhram Mirzə Səfəvinin ailəsini əsir aldı. 19 yanvar 1549 qardaşı Bəhram Mirzə tərəfindən məğlub edilərək geri çəkilməli oldu. 1 oktyabr 1549-cu ildə qardaşı Bəhrama təslim olan Əlqas, oğulları ilə birlikdə Qəhqəhə qalasında həbs edildi. 9 aprel 1550-ci ildə Hüseyn bəy Ustaclı tərəfindən qala divarlarından yerə atılaraq öldürüldü. Hüseyn bəy Bəyoğlu Ustaclının oğlu idi, beləliklə həm də atasının intiqamını almışdı.

 

Ailəsi


Əlqas Mirzə Xədicəsultan xanım ilə evli idi. Xədicəsultan xanım 1559-cu ildə vəfat etmişdir.

Övladları:

Sultan Əhməd Mirzə - 1568-ci ilin yanvarında Qəhqəhə qalasında öldürülmüşdür.
Sultan Fərrux Mirzə - 1568-ci ilin yanvarında Qəhqəhə qalasında öldürülmüşdür.


Mirası


Əlqas Mirzənin şahnaməçisi Fətullah Arif Çələbi Osmanlı sarayında yaşamış və Osmanlı imperiyasına rəsmi dövlət tarixçiliyi ənənəsini gətirmişdir. Əlqasın saray şairi olan Əflatun Şirvani daha sonra onu bu vəzifədə əvəz etmişdir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ