EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Məhərrəm Məmmədyarov kimdir?

Məhərrəm Məmmədyarov kimdir?

Həyatı


Məhərrəm Əli oğlu Məmmədyarov 17 oktyabr 1924-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR Culfa rayonu Yaycı kəndində anadan olmuşdur. 1941-ci ildə Naxçıvan Pedagoji Texnikumu bitirmişdir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak etmişdir, 12 medal və ordenlərlə mükafatlanmışdır. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirmişdi. 1953-1955-ci illərdə Azərbaycan SSR-nin EA-nın Kimya İnstitutunda elmi katib, 1955-1959-cu illərdə SSRİ EA-nın N. D. Zelinski adına Üzvi Kimya İnstitutunda baş elmi işçi, 1959-1969-cu illərdə Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu işləmişdir. 1973-1979-cu illərdə isə Azərbaycan MEA Naxçıvan regional elmi mərkəzinin rəhbəri idi. 1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. 1975-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Üniversiteti) dərs demişdir. 1981-ci ildən 1994-cü ilə qədər şöbə müdiri, 1994-cü ildən 2002-ci ilə qədər isə Azərbaycan EA Mikrobiologiya İnstitutunun direktoru işləmişdir. 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir.

 

Elmi fəaliyyəti


Tədqiqat apadığı üzvi kimya, neft kimyası, neft kimyavi biotexnologiyalar sahələri alimin fəaliyyətində xüsusi yer tutur. Vinilxloridin toplu miqyasda qaynar katolizatorun layında etilenin xlorlaşdırılması üsulu ilə alınması onun rəhbərliyi altında həyata keçirilmişdir. Həmçinin hərbi spesifikasiyasının tələblərinə uyğun - neft karbohidrogenlərin mikrobioloji çevrilmələri - sintetik efir yağlarının yeni növlərinin sintezi həyata keçirilmişdi. Bundan əlavə, nefti oksidləşdirən mikroorganizmlərin fizioloji fəaliyyətinin istifadəsi əsasında layların hasilatının artırılması üçun biotexnologiya işlənib hazırlanmışdı. Bu üsul Abşeronun bir sıra neft yatağlarında tətbiq edilmişdir. Məhərrəm Məmmədyarov - 250-dən çox çap olunmuş elmi işlərin, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 3 monografiyanın, müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi və 3 elmlər doktoru hazırlanıb.

 

Təltif və mükafatları


I dərəcəli Vətən Müharibəsi ordeni
1980-ci ildə Azərbaycan SSR dövlət mükafatı Laureatı
1995-ci ildə Y.H.Məmmədəliyev adına medal
2005-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni
2006-cı ildə elm və texnika sahəsində əldə etdiyi nailiyyətlərə görə İslam Ölkələri İqtisadi İnkişaf təşkilatının «OGS» qızıl medalı və diplomu
2009-cu ildə Əməkdar elm xadimi fəxri adı
2014-cü ildə Y.H.Məmmədəliyev adına mükafat
2014-cü ildə "Şərəf" ordeni


Ailəsi


Atası Əli Məmmədyarov, anası isə Cəvahir xanım Kəlbalıxanovadır. Fuad İbrahimbəyovun qızı İzida xanım İbrahimbəyova ilə evlidir. Elmar Məmmədyarovun atasıdır.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ