EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Natiq Axund kimdir?

Natiq Axund kimdir?

Həyatı


Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub.

1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb. 2008-ci ildə "Qaçan Atlar Production" kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə fəaliyyətləri var. Bu illər ərzində "production"un istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüsser, aktyor kimi fəaliyyətləri var. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olmuş, diplom və mükafata layiq görülüb.

2018-ci ilin fevralından İstanbulda yaşayır.

Ailəlidir, üç övladı var: İki qız, bir oğlan: Rüqəyyə, Əbülfəzl, Əsmanur. Bir neçə filmlərində övladları da rol alıb.

 

Fəaliyyəti


ANS telekanalında aşağıdakı veriliş və proqramların rejissoru olub:

. "Cinayət işi" verilişində rejissor.
. "Qulp" satirik proqramının yumoristik epizodlarının rejissoru.
. "Salam Azərbaycan" səhər informasiya proqramında rejissor.
. Peyğəmbərlərin həyatı və əlamətdar hadisələrdən bəhs edən "Əbədi Səadətə Aparan Yol" proqramında layihə rəhbəri, rejissor və aparıcı.
ATV telekanlında yayımlanmış "Həkimlər" serialında rejissor, aktyor.

Xəzər TV-də yayımlanmış "Yaşananlar" silsiləvi filmlər layihəsində rejissor, aktyor.

İnterAz TV kanalının Bakı yayımında, ilk tv fəaliyyət yaradıcısı, Baş prodüsser, rejissor, layihə rəhbəri və həmçinin "Bir an ayaq saxla!" elmi kütləvi proqramı ilə "Əbədi Səadətə Apran Yol" layihələrinin aparıcısı olub.

Azərbaycan, Türkiyə birgə internet tv kanalı olan Vision TV-də baş rejissor kimi fəaliyyətləri olub.

Hazırda 2008-ci ildə təsis etdiyi "Qaçan Atlar Producttion" şirkətinə rəhbərlik edir.

2017-ci ildə Natiq Axundun ssenaristliyi və rejissorluğu ilə çəkilmiş bir reklam çarxı Azərbaycan mətbuatında geniş əks-səda doğurmuş, Axund bu hadisəyə görə hətta polisə belə çağrılıb.

"Dünyada Bir Gün" həyat hadisələrindən ibarət filmlər, sosial şəbəkələrdə yüksək sayda izləyici marağına səbəb olub. Hər biri alt yazı ilə ingilis dilinə tərcümə olunub. O silsilədən olan "Ramazan Payı" filmi, dünyanın bir cox ölkələrində izlənmiş, Türkiyədə, türk dilində, o cümlədən Almaniyada alman dilinə alt yazı ilə tərcümə olunub yayımlanmışdır.

 

Filmoqrafiyası

 

Bibo (etüd, 2000)

Biz kimik (etüd, 2001)
Cinayət işi (veriliş)
Qulp (veriliş)
Salam, Azərbaycan (veriliş)
Yaşananlar (filmlər silsiləsi)
"Tamahkar" (2008)
"Kor həqiqət" (2008)
"Nəfs" (2008)
"Böhtan" (2008)
Qeyri-adi cihaz (film)
Kişi zəngi (yumoristik, satirik qısametrajlı film, Tozalan)
Əbədi Səadətə Aparan Yol (veriliş, 2012)
Bir an ayaq saxla! (veriliş)
Əbədi Səadət Yolu (veriliş, 2014)
Həkimlər (teleserial, 2014)
Dünyada bir gün (filmlər silsiləsi)
Yad qonşular (2014)
Ramazan payı (2016)[4][5]
Möcüzə (2016)[6]
Boşanma (2017)[7][8]
Zəhranın ruhu (2017)
Sirli Gecə (2017)[9][10]
Hüdutsuz (buktreyler, 2016)
Uzaq, həm də çox yaxın (film, 2017)


Mükafatlar


2000: Bibo (etüd, 2000): "Ümidli Gələcək" festivalı rejissor işi üzrə mükafat
2001: Biz kimik (etüd, 2001): Bakıda ilk dəfə təşkil olunmuş audioviziya festivalı mükafatı
2015: "Yeni Sabah" film festivalı rəhbəri
2016: Hüdutsuz (buktreyler, 2016): Kitab treyleri (tanıtımı) festivalı qalibi
2016: Azərbaycanda ilk DSD reklam layihəsində rejissor və prodüsser
2017: Kazan XIII Beynəlxalq müsəlman kinosu festivalı

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ