EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Necati Şaşmaz kimdir?

Necati Şaşmaz kimdir?

Necati Şaşmaz 1971-ci ildə Elazığda doğulmuşdur. Əsl sənəti turizmçilik olan Necati Şaşmaz, təhsilini Kanadada bitirdi. Amerika da 6 il qaldıqdan sonra 2001-ci ildə ailəsini ziyarət etmək üçün Türkiyəyə gəlmiş, geri dönmə biletini 11 sentyabr tarixinə almışdır. ABŞ-da həmin gün baş verən terror hadisələrinə görə onun içində olduğu təyyarə bu ölkəyə eniş etmədən geri dönmüşdür. Bundan sonra o, ailəsinin istəyi ilə ABŞ-a dönməyərək Türkiyədə qalmışdır.

Həyatına Türkiyədə davam etmə qərarı alan Necati Şaşmaz, Ankarada sığorta agentliyi açdı. Çox keçmədən İstanbulda məşhur prodüser Osman Sınavla görüşdü. Özünə bir filmin ssenari qrupunda iştirak etməsi təklifi gələcəyi ümüdüilə görüşməyə getdi. Osman Sınavın Bir serial düşünürük, səni də baş rolda qoymağı düşünürük təklifini bir aydan sonra qəbul edib.

Həyatını tamamilə dəyişdirdiyini söylədiyi "Qurdlar Vadisi" proyektinə belə başlayan Necati Şaşmaz, şəxsi həyatının qalmadığını, Məni Ankarada öz adımı çağırırlar, İstanbulda hərkəs polad deyir sözləri ilə dilə gətirdi. Əmisi, köhnə MHP millət vəkili Tahir Şaşmaz olan Necatinin Raci Şaşmaz (Qurdlar Vadisi serialının ssenari müəllifi) adında bir qardaşı və Zübeyr Şaşmaz adında bir qardaşi vardır.

Atasının adı: Əbdülqədir Şaşmaz
Anasının adı: Sahil Şaşmaz
Qardaşlarının adları: Raci Şaşmaz və Zübeyr Şaşmaz
Boyu: 1.75 m
Evliliyi: Nagehan Şaşmaz (12 dekabr 2012-ci ildən etibarən)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ