Nurəddin Sadıqov kimdir?

Nurəddin Sadıqov kimdir?

Sadıqov Nurəddin Sadiq oğlu 1935-ci il dekabr ayının 5-də Naxçıvan MR Ordubad rayonu Behrud kəndində anadan olub.

1942-ci ildə Behrud kənd 4-illik məktəbin birinci sinfinə qəbul olunmuş sonradan təhsilini Biləv kənd yeddiillik məktəbində davam etdirmişdir.

1949-cu ildə Ordubad rayon pedoqoji texnikumuna daxil olmuş,lakin ailə vəziyyəti ilə əlaqədar 1950-ci ildə öz ərizəsi ilə texnikumu tərk edərək, Parağaçay dağ-filiz mədənində fəhlə kimi işləməyə başlamışdır. Lakin təhsilini davam etdirmək istəyi ilə doqquzuncu və onuncu sinfi Culfa rayonunun Yaycı kəndində oxuyası olmuşdur.

1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib,kamal attestatı alır,həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılır və beləliklə ordu həyatı başlayır.

Hərbi təhsilini H.A.Şors adına Lvov hərbi məktəbində alıb,sonda təyinatla Zakorpat vilayətinin Mukaçevo şəhəırində 128 saylı Türküstan Motoatıcı diviziyasında xidmətə başlayır.Daha sonra Mukaçevo şəhərində 149-cu Motoatıcı alayının komandiri vəzifəsinə təyin olunur.

1965-ci ildə M.V.Frunze adına Hərbi Akademiyasını qəbul olub, 1970-ci ildə Akademiyanı qızıl medalla bitirir.

1974-cü ildə podpolkovnik hərbi rütbəsi alır. 1975-ci ildə N.Sadıqov Zaqafqaziya hərbi dairəsinin 4-cü ümumqoşun ordusunun kəşfiyyat şöbəsinin rəisi təyin olunur və Bakıda hərbi xidmətə başlayır.

1977-ci ildə ordu qərargahının razılığı ilə M.V.Frunze adına Hərbi Akademiyada kəşfiyyat kafedrasının baş müəllim kimi hərbi-pedoqoji fəaliyyətə başladı.İşlədiyi müddətdə onun rəhbvərliyi və ortaqlıq müəllifliyi ilə 5 məxfi dərsliklər və 122 dərs vəsaiti nəşr edilmişdir.

1982-ci ildə polkovnik Akayevin elmi rəhbərliyi ilə polkovnik N.Sadıqov “Silahlı mübarizənin qanuna uyğunluqları və bu mübarizədə müasir kəşfiyyatın tutduğu yer” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.Çox kecmədən ona “dosent” elmi adı verildi.N.Sadıqov kafedrada elmi-tədqiqat işlərinə rəhbərlik edirdi.Bu SSRİ silahlı Qüvvələrində Kəşfiyyat və xarici ordular üzrə yeganə elmi bölmə idi.

1988-ci ildə Dağlıq Qarabağ böhranı başladıqda N.Sadıqova Bakıya gəlib, qərargaha rəhbərlik etmək təklif olundu.Lakin onu buraxmadılar.O, tərxis olunmağ haqqında raportla müraciət etdikdən sonra, 1991-cı ilin noyabrın 12-də polkovnik N.Sadıqov SSRi SQ-sıralarında ehtiyata buraxılır.Bakıya gələn kimi hərbi nazirliyə cağrılır və idarə rəisinin müavini,bir ay sonra isə Müdafiə Nazirliyinin baş müşaviri vəzifəsinə təyin olunur.

1992-cı il 18 iyun tarixdə MN-nin əmri ilə Nurəddin Sadıqov Baş Qərargah rəisinin müavini təyin olunur.

1992-ci ilin sentyabrın 5-ində AR Prezidentiin fərmanı ilə polkovnik Nurəddin Sadıqov Baş Qərargahın rəisi təyin olunur və ona general-mayor hərbi rütbəsi verilir.

General-mayor N.Sadıqovun rəhbərliyi ilə Azərbaycan ordusu cəbhə xəttində bir sıra uğurlu əməliyyatlar keçirib. O cümlədən ,1992-ciilin sentyabr-oktyabr aylarında Kəlbəcər, Qubadlı və Laçın istiqamətində müvəffəqiyyətli hücum əməliyyatları aparıb.

1993-cü ilin iyun ayının 5-də AR Prezidentinin fərmanı ilə tutdugu vəzifədən azad edilir və 3 noyabr tarixində hərbi işlər üzrə dövlət müşaviri vəzifəsi təsis olunaraq, bu vəzifəyə təyin olunur.

2000-ci ildə səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, AR prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edilib, 22 dekabr 2009-cu ildə isə 74 yaşında vəfat edib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ