EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259

Nursultan Nazarbayev kimdir?

Nursultan Nazarbayev kimdir?

Nursultan Əbiş oğlu Nazarbayev 6 iyul 1940 tarixində Qazaxıstanda doğulmuşdur.

1958-1960-cı illərdə Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, "Kazmetalurqstroy" trestində fəhlə işləmişdir.

1960-1969-cu illərdə Karağandı metallurgiya zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 1967-ci ildə Karağandı metallurgiya zavodunun nəzdində Ali Texniki Məktəbi bitirmişdir, iqtisad elmləri doktorudur.

1969-1984-cü illərdə Karağandı metallurgiya zavodunda, Temirtau səhər partiya komitəsində, Qazaxıstan Kommunist partiyası Mərkəzi Komitəsində komsomol və partiya işlərində çalışmışdır. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Ali Partiya məktəbini qiyabi bitirmişdir.

1984-1989-cu illərdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olmuşdur. 1989-1990-cı illərdə Qazaxıstan Kommunist Partiyasının mərkəzi Komitəsinin birinci katibi və Qazaxıstan SSR Ali sovetinin sədri seçilmişdir.

24 aprel 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 1 dekabr 1991-ci ildə ümumxalq seçkiləri nəticəsində Qazaxıstan Respublikasının Prezidenti seçilmişdir. 29 aprel 1995-ci ildə ümumxalq referendumu nəticəsində prezident səlahiyyətləri uzadılmışdır. 10 yanvar 1999-cu ildə seçkilərdə 81,71% səs toplayaraq yenidən prezident seçilmişdir. 4 dekabr 2005-ci ildə seçkilərdə 91.15% səs toplayaraq təkrar prezident olmuşdur.

19 mart 2019-cu ildə Qazaxıstan prezidenti vəzifəsindən istefa verib. Qazaxıstanın Respublika Təhlükəsizlik Şurasına rəhbərlik edir.

Evlidir, üç qızı var. Tennis və xalq musiqisinə maraq göstərir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ