EURO 1,9479 NEFT 79,58
USD 1,7 RUB 0,0259

Pənah Hüseyn kimdir?

Pənah Hüseyn kimdir?

Pənah Çodar oğlu Hüseynov 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1980-1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olmuşdur. 1986-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

1988-1991-ci illərdə azadlıq hərəkatında iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ildə qısa müddətdə (aprel 1993 - iyun 1993-cü il) Azərbaycan Respublikasının Baş naziri işləmişdir. 1997-2000-ci illərdə Azərbaycan MEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi olmuşdur.

Azərbaycan Xalq Partiyasının ilk sədri olmuşdur, hal-hazırda sıravi üzvüdür.

2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olmuşdur.

Evlidir, 3 övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ