EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267

Ramiz Rövşən kimdir?

Ramiz Rövşən kimdir?

Həyatı

 

Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Yazıçı Yaşar Əliyevin qardaşıdır.
Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.

 

Kitabları

Tərcümələri
Sergey Yesenin. Qara adam (poema). "Xəzər", 2004, N3, s.18-22.
Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın; Sergey Yeseninə (şeirlər). "Xəzər", 2005, N1, s.18-26.
Aleksandr Blok. Şeirlər. "Xəzər", 2005, N2, s.24-26.
Marina Svetayeva. Sənin adın; Yatır yollar yorğunu (Blok haqqında şeirlərdən). "Xəzər", 2005, N2, s.27-30.

 

 

 

Filmoqrafiya

 

 

Haqqında olan televiziya verilişləri


Üç çinar yarpağı (film, 1985) (ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə həsr olunub)
Burax gedim, ay işığı (film, 1987) (rejissor Ramiz Həsənoğlu)
Ağrı (film, 1993) (rejissor Ramiz Həsənoğlu)


Mətnlərinin müəllifi olduğu mahnılar


"Bağışla". Flora Kərimova
"Pıspısa xanım və Siçan bəy". Flora Kərimova
"Ayrılıq". Azərin
"Yalquzaq". Şəmistan Əlizamanlı
"Bu ağac öləcək...". Mehriban Zəki
"Bilirəm gələn deyilsən". Şəfa
"Bilirəm gələn deyilsən". Lamiyə
"Səni sevdim sevilmədən". Lamiyə


Filmlərdə səslənən şeirləri


"Yağış yuyur, gün qurudur" (Əlvida, cənub şəhəri Mehriban Zəki)

 

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ