EURO 1,9479 NEFT 79,58
USD 1,7 RUB 0,0259

Rauf Arifoğlu kimdir?

Rauf Arifoğlu kimdir?

Həyatı


Rauf Arifoğlu 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetini bitirib.

 

Siyasi fəaliyyəti


1988-ci ildə milli-azadlıq hərəkatına qoşulub. 1989-cu ildə qeyri-formal olaraq “Birlik dərgisi”ni çap etdirib. 1989-cu ildə isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasını (AMDYMP) yaradıb. 1992-ci ildə isə AXC rəhbərliyindən olan bir neçə şəxslə Müsavat Partiyasını bərpa ediblər və AMDYMP Müsavata birləşib. Müxtəlif vaxtlarda Müsavatın Divan üzvü, başqan müavini olub. 2016-cı il iyulun 15-də partiya üzvlüyündən çıxıb. İyirmi altı ildir “Yeni Müsavat”ın baş redaktorudur.


Mükafatları


Rauf Arifoğlu Azərbaycan respublikası prezidenti İlham Əliyev tərəfindən jurnalistika sahəsində fəaliyyətlərinə görə əməkdar jurnalist fəxri adı ilə mükafatlandırılmışdır. Bundan əlavə 2017-ci ilin, iyul ayında Guney Azərbaycan Konqresi tərəfindən, Seyid Cəfər Pişəvəri mükafatına layiq görülmüşdür. Həmin mükafatı GAK-ın rəhbərlərindən olan Abdulla Amir Haşimi Cavanşir və Rüfət Muradli "Yeni Müsavat" qəzetinin redaksiyasında Raud Arifoğluna təqdim ediblər. Abdulla Amir Haşimi Cavanşir bildirib ki, baş redaktoru bu mükafata uzun illər ərzində rəhbərlik etdiyi media quruluşunda Güney Azərbaycanın problemlərinə diqqət yetirdiyinə görə layiq görüblər.

 

Ailəsi


Evlidir, 3 övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ