EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251

Rauf Talışinski kimdir?

Rauf Talışinski kimdir?

Həyatı


Rauf Rəfail oğlu Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub.1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.

 

Fəaliyyəti


Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb, 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri,1990-cı ildən "Ayna" və "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. R.Talışinski 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

 

Mükafatları


Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

 

Ölümü


"Exo" qəzetinin işçiləri bildiriblər ki, "Əməkdar jurnalist", Rauf Talışinski mayın 8-i qəfil ürəktutmasından vəfat edib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ