EURO 1,934 NEFT 63,63
USD 1,7 RUB 0,0258

Rəhim Qazıyev kimdir?

Rəhim Qazıyev kimdir?

Rəhim Həsən oğlu Qazıyev 1943-cü ildə Azərbaycan SSR-in Şəki şəhərində həkim ailəsində anadan olub.

1950-ci ildə Şəki şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1960-cı ildə həmin məktəbi bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-Riyaziyyat fakultəsinə daxil olub, 1967-ci ildə həmin fakultəni riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası üzrə bitirib. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (İndiki Texniki Universitet) Ali Riyaziyyat kafedrasında əmək fəaliyyətinə başlayıb.

1975-ildə Politexnik institunun bölünməsi ilə əlaqədar yeni yaranan Azərbaycan İnşaat İnstitutunun (indiki Memarlıq və İnşaat universiteti) Ali Riyaziyyat kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyətinnən ayrılmadan dissertan kimi MDU-(MQU)-nun Mexanika Riyaziyyat fakultəsinin Qaz və Dalğa dinamikası kafedrasında həmin kafedranın yaradıcısı və müdiri, XX əsrin ən görkəmli alimlərindən biri olan akademik Xəlil Əhməd oğlu Raxmatulinin rəhbərliyi altında "Deformasiyaya uğramayan bərk cisimlərin mexanikası" ixtisası üzrə elmi tədqiqatlar aparır. 1979-cu ildə akademik Raxmatulin.X.Ə rəhbərliyi ilə apardığı elmi tədqiqatlar üzrə dissertasiya müdafiə edərək Fizika-Riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi alır.

1988-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddiası ilə başladıqları separatçı hərəkata qarşı respublikada başlayan Xalq Hərəkatına qoşulur. Tələbələri arasında böyük nüfuza malik olduğundan, həmin dövürdə Politexnik və İnşaat institutlarının tələbələrini Milli Azadlıq və ərazilərimizin bütövlüyü uğrunda mübarizəyə cəlb edir. Azərbaycan Xalq Cəbhəsinin Oktyabr (indiki Yasamal) rayon şöbəsinin yaranmasına bilavasitə rəhbərlik edir. 1989-cu il İyulun 16-da AXC-nin yaranması ilə əlaqədar keçirilən konfransda AXC-nin ilk idarə heyyətinin üzvü seçilir. AXC idarə heyyətində əsas fəaliyyətini Dağlıq Qarabağın əhalisinin silahlanması və onun işğaldan qorunmasına yönəldir.

1990-cı il Qanlı Yanvar hadisələri ilə əlaqədar 02.03.1990-cı ildə SSRİ DTK tərəfindən həbs olunaraq Moskvaya, məşhur "Lefortovo" həbsxanasına göndərilir. Başlanmış "cinayət işi" xalq kütlələrinin böyük təziqi qarşısında davam etdirilə bilmir. Məhkəmə prosesi 01.11.1990-cı ildə qeyri müəyyən müddətə təxirə salınır, həmin gün Rəhim Qazıyev və Etibar Məmmədov Mərdəkan qəsəbəsindəki mədəniyyət evində keçirilən məhkəmə iclasından həbs qətiimkan tədbiri dəyişdirilərək azadlığa buraxılırlar.

1990-cı ilin Dekabr ayında Azərbaycan SSRİ-nin Ali Sovetinə (indiki Milli Məclis) deputat seçilir. Həbsdən buraxıldıqdan və deputat seçildikdən sonra da əsas fəaliyyətini ərazilərimizin bütövlüyü, DQ-nın erməni separatçılarından təmizlənməsi uğrunda mübarizəyə yönəldir.

1992-ci ilin Yanvarın 31-də yenicə yaranmış MN-də qeydiyyatdan keçirilərək 109 nəfər könüllü döyüşçü ilə Şuşanın müdafiəsinə yollanır. 1992-ci ilin Fevral ayının 4-dən 5-nə keçən gecə həmin 109 nəfərlik Şuşanın müdafiəsinə gəlmiş "Azərbaycan Qarabağı" batalyonuna salınmış xain Emin Məmmədov tərəfindən döyüşçülərə sui qəsd edilir. Həmin könüllü dəstənin 8 döyüşçüsü xaincəsinə öldürülür. 6 nəfər, o cümlədən Rəhim Qazıyev yaralanır.

17 Mart 1992-ci il tarixində Rəhim Qazıyev yenicə yaranmış, silah sürsatı, zirehli texnikası, artileriyası, infra strukturu, milli hərbiçi kadrları olmayan Müdafiə Nazirliyinə Nazir vəzifəsinə mülki vətəndaş olaraq təyin edilir.

Həmin dövürdə respublika daxilində gedən hakimiyyət uğrunda mübarizə son həddə çatır. 1992-ci il Aprelin 20-dən Mayın 18-dək hakimiyyətə gəlmək istəyən klanlar (Heydər Əliyev, Ayaz Mütəllibov və Əbülfəz Əliyev (Elçibəy)) keçirdikləri ardıcıl oturaq mitinqlərin , hakimiyyət uğrunda amansız daxili mübarizənin nəticəsi olaraq Şuşa və Laçın rayonları işğal edilir.

16 Aprel 1992-ci il RF-nin rəhbərliyi ilə Rəhim Qazıyevin danışıqları nəticəsində Xəzər hərbi dəniz donammasının əmlakının böyük bir hissəsi Müdafiə Nazirliyi tərəfindən təhvil alınır. 16-20 Aprel tarixində Bayıl buxtasında 23 hərbi gəmidə Azərbaycan bayrağı qaldırılır.

22 Aprel 1992-ci il. Rəhim Qazıyev Moskvada MDB-nin BSQ-nin baş komandanı Marşal Evgeni Şapoşnikov və dağılmış Sovetlər ittifaqının Azərbaycanda yerləşmiş hərbi hissələrinin əmlakının alınaraq, şəxsi heyyətinin Azərbaycandan çıxarılması barədə ilkin danışıqlar aparır.Həmin gün E. Şapoşnikovun birinci müavini olan General Polkovnik Pavel Qraçovun 29.04.1992 tarixində xüsusi heyyətlə Azərbaycana gəlməsi barədə razılıq əldə edilir. 29 Aprel 1992-ci il tarixində Pavel Qraçov 29 nəfər yüksək rütbəli heyyətlə Rəhim Qazıyev tərəfindən Gəncə aeroportunda qarşılanaraq Şəki şəhərinə aparılır. 29-30 Aprel 1992-ci il tarixində Şəki şəhərində Azərbaycan və Rusiya Fedarasiyası hərbi heyyətlərinin görüşü zamanı Rus hərbiçilərinin Azərbaycandan hərbi əmlakı təhvil verməklə çıxarılması barədə ilk protokol imzalanır. (Bu işlərin görüldüyü tarixdə Bakıda hər üç klanın Heydər Əliyev, Ayaz Mütəllibov və Əbülfəz Əliyev (Elçibəy) tərəfdarlarının hakimiyyət uğrunda qızğın mübarizəsi gedirdi)

15 May 1992-ci il tarixində Daşkənddə MDB-nin sammitində artıq 07 May 1992-ci il tarixindən RF-nin Müdafiə Naziri olan ordu generalı Pavel Qraçovla 164 il Azərbaycanı təpiyi altında əzən, 1920-ci ilin 28 Aprelində Milli hökuməti işğal edən,11-ci qızıl ordunun törəməsi olan 4-cü ordunun əmlakının Azərbaycan MN-nə verilməklə 19 May 1992-ci il tarixdən 01 Avqust 1994-cü il tarixinə qədər müddətdə tərk etməsi barədəki tarixi protokol imzalanır.

1992-ci il İyunun 12-dən 13-nə keçən gecə yenicə yaranmaqda olan odumuzun əsasən könüllülərdən ibarət olan biləşmələri Rəhim Qazıyevin başçılığı altında uğurlu Ağdərə əməliyyatını başladı. Ağdərə, Şamuyankənd, Gülüstan, Sərsəng su anbarı vəs. DQ-nın ümumi ərazisinin 52% azad edildi. 1988-ci ildən bağlı qalan Tətər-Ağdərə- Kəlbəcə şosse yolu açıldı. Laçının 67 yaşayış məntəqəsi (cənubdan 53, şimaldan 14) azad edildi. Laçın dəhlizi düz xətt boyunca bir km. qədər daraldı. 2 il müddətində ərazilərimizi tərk etməli olan keçmiş Sovet ordusunun hərbi hissələri 25 Avqust 1992-ci il tarixində ərazilərimizi tərk etdi.

09 Oktyabr 1992-ci il tarixində Rəhim Qazıyev tərəfindən Azərbaycan silahlı qüvvələrinin yaradılmasının bir illiyi münasibəti ilə möhtəşəm hərbi parad keçirilir.

18 Fevral 1993-cü il tarixində üçüncü istefa ərizəsi yazaraq MN vəzifəsindən istefa verir. İstefası 20 Fevral 1993-cü il tarixində qəbul edilir.

27 İyul 1993-cü il tarixində yaşadığı evin həyətində saat 23 30 radələrində həyatına sui qəsd edilir. RPQ 7 qranatamyotla maşınına atəş açılsa da atəş sərrast olmur.

29 İyul 1993-cü ildə Milli Məclisin canlı yayımına gedən iclasında Heydər Əliyev Rəhim Qazıyevi Baş Nazirin Hərbi Sənaye Kompleksi üzrə müavini (indiki Hərbi sənaye Naziri) vəzifəsinə təyin edilməsini Milli Məclisə təqdim edir və səsə qoyur. Lakin Rəhim Qazıyev söz alaraq səlahiyyətləri məhdud olan Nazir vəzifəsinə getməkdən imtina edir. Bu təqdimatdan qısa müddət sonra 16-17 Avqust 1993-cü il tarixində Milli Məclisin canlı yayına gedən növbəti iclasında Heydər Əliyev Rəhim Qazıyevi vəzifədə olduğu dövürdə separatçılara qoşulmaqda və RF-nın yüksək rütbəli zabitləri ilə "alver" etməkdə ittiham edərək xain elan edir. Rəhim Qazıyev ittihamlara kəskin etirazını bildirir.

Həmin hadisədən qısa müddət sonra 01 Sentyabr 1993-cü il tarixində Rəhim Qazıyevin barəsində cinayət işi başlanır və deputat toxunulmazlığına xitam verilir. 21 Noyabr 1993-cü ildə həbs edilir və MTN-nin təcridxanasına yerləşdirilir. 29 İyul 1994-cü ildə Şuşa və Laçının işğalı üzrə cinayət işinin məhkəmə baxışına Ali Məhkəmənin hakimi Ənvər Seyidovun sədirliyi ilə start verilir.

1994-cü il Sentyabrın 21-dən 22-nə keçən gecə MTN-in təcridxanasından Rəhim Qazıyev, Arif Paşayev, Baba Nəzərli, Əlikram Hümbətov təcridxananın əməkdaşı Faiq Mirzəyevin köməkliyi ilə qaçmağa nail olurlar. Qaçışdan bir gün sonra Rəhim Qazıyev və Arif Paşayevin imzasıyla Rəhim Qazıyevin qəsdən öldürülməsi üçün bu qaçışın MTN tərəfindən təşkil olunduğu, lakin təhlükəsizliklərinə və ədalətli məhkəmə keçirilməsinə zəmanət verilərsə qayıtmağa hazır olduqlarını bildirən bəyanat yayılır.

12 May 1995 ci ildə Rəhim Qazıyev üç maddə ilə(Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilir.

1996-cı il Aprelin 13-dən 14 keçən gecə yenidən həbs edilərək həbsxanaya qaytarılır. Fiziki təziqlərə baxmayaraq qəti şəkildə əhv ərizəsi yazmaqdan imtina edir. Həmin dövürdə Avropa Hüquq təşkilatları və AŞ-ı tərəfindən ilk siyasi məhbus kimi tanınır. Dəfələrlə yazılı olaraq güllələnməyini, və ya təkrar ədalət məhkəməsi keçirilməsini tələb edir. Bunun nəticəsində AŞ-nın tələbi ilə 2002-ci il May ayında yenidən məhkəmə keçirilməsinə nail olur. İki ilə yaxın davam edən məhkəmənin 26 Dekabr 2003-cü il tarixli hökmü ilə Rəhim Qazıyev 15 il azadlıqdan məhrum edilir.

2005-ci il 20 Mart tarixində əhv ərizəsi yazmadan, AŞ-nın tələbi və Prezident İlham Əliyevin fərmanı ilə azadlığa buraxılır

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ