EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251

Sahib Ələkbərov kimdir?

Sahib Ələkbərov kimdir?

Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Səfərəliyev (indiki Samux) rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir.

Ailəlidir, üç övladı var.

Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərovun atasıdır.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ