EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267

Sahibi-Cəvahir kimdir?

Sahibi-Cəvahir kimdir?

Dahi şəxslərlə bizi birləşdirən zaman kəsiyi nə qədər uzanırsa əldə olunması lazım olan məlumatın həcmi də bir o qədər qısalır

Bir çox hallarda adi həyatının kiçik detalları belə insanlıq üçün məktəb olan şəxslərin tarixdə davranışları, yaşayış mədəniyyətləri, ammalları ələ gəlmədiyindən bu dəyərli şəxsləri tanımaqla bərabər ümumi kütlə üçün qiymətli tədrisi itirmiş oluruq. Haqqında söhbət açmaq istədiyimiz qəhrəmanımız da bu qəbildən olan şəxslərdəndir. Bəlkə də bir çoxlarınız kitablarda, xütbə və söhbətlərdə “Sahibi Cəvahir” adı ilə məhşur olan bu şəxsin elmi, əxlaqi, eyni halda mübarizə əzmini eşitməmiş deyilsiniz. Amma onun bir dünya məna və paklıq dolu həyatı ilə yaxından tanışlığınız yoxdur. Biz əldə etdiyimiz məlumatlar əsasında bu dəyərli şəxsin həyatını siz dəyərli oxuculara təqdim etməklə İslam dünyasının fəxri sayılan Şəhid Məhəmməd Həsən Nəcəfini sizə yaxından tanıtmaq istəyirik.

1784-cü ildə Şeyx Məhəmməd Baqirin evində bir körpə dünyaya göz açır. Uşağa Əhli-beyt (ə) şəninə Məhəmməd Həsən adı verirlər. Əslən İsfahanlı olan bu ailənini elmə olan böyük maraq və məhəbbəti hələ Şeyx Baqirin babası Şeyx Əbdülrəhim Şərifi elm eşqi ilə İsfahandan Nəcəfə çəkib gətirmişdi. Bu səbəbdən də ailənini elmə marağı onların təməl prinsiplərinə çevrildiyi üçün balaca Məhəmməd Həsən də kiçik yaşlarından İslam elmlərinə maraq göstərməyə başlayır. Dini ruhiyyə, mənəviyyat dolu ev və müqəddəs Nəcəf şəhərinin mənəviyyat dolu fəzası Məhəmməd Həsəni öncə ailə daxilində, daha sonra isə Nəcəf elmi hövzəsində öz qoynuna alır. Çox qısa bir müddətdə Nəcəfin seçilən tələbələrinə çevrilən Məhəmməd Həsən Seyid Hüseyn Amuli, Şeyx Muhiddin, Şeyx Həsən kimi dəyərli şəxslərin elmindən faydalanaraq səthi elimləri bitirib xaric dərslərə qatılır. Öz xüsusi bacarığı, rəvan nitqi ilə bir çox tələbələrdən fərqlənən Məhəmməd xaric dərslərlə yanaşı hövzədə tədris üçün aldığı təklifə də müsbət cavab verərək Nəcəfdə ən gənc yaşlı müəllimlər sırasına qatılır. Öz təhsil səviyyəsi yüksəldikcə hövzə ona daha çətin və daha dərin dərslərin tədrisini etibar edir.

Böyük ustadların elm məclisindən bəhrələnən Məhəmməd Həsən Şeyx Kaşiful-Ğita, seyid Məhdi Bəhlul-Ulum, seyid Cavad Amuli, Şeyx Musa Kaşiful-Ğita və sair şəxslərin mənəvi dünyalarında 25 yaşında ictihad dərəcəsinə çatır. Gənc yaşında olmasına baxmayaraq mənəvi ruhu elə 25 yaşlı gənci tarixə yazılan “Cəvahirul Kəlam” kitabını da yazmağa təşviq edir. Sonralar Məhəmməd Həsən adı “Sahibi Cəvahir” adı ilə əvəz olan və bu dahi şəxsi bu gün də bu adla tanıtdıran “Cəvahirul Kəlam” kitabi onun gənclik çağının məhsulu olur.

Bacarıq və istedadla köklənmiş mənəvi ruh Məhəmməd Həsəni öz dövrünün böyük ustadlarından birinə çevirir. Bir çox tanınmış alimlərin müəlliminə çevrilən Məhəmməd Həsən qısa bir zamanda böyük naliyyətlərə imza atır. Seyid Hüseyn Kuhkəməri (o Şeyx Ənsarinin ölümündən sonra ictihad kürsüsünə qalxdı), Şeyx Cəfər Şüşütəri Molla Əli Kani, Şeyx Məhəmməd İrəvani onun tələbələrindəndir və qeyd olunan bu şəxslər İslam dünyasının dahiləri olmaqla yanaşı təqlid müctəhidlərindəndirlər. Onun tədrisi haqqında Ağa Bozorgi Tehrani belə yazırdı: “Sahibi Cəvahirini digər alimlərdən fərqləndirən xüsusi səbəb onun yetişdirdiyi şagirdlərin hər biri öz dövrlərində fətva kürsüsündə oturaraq təqlid mərəcəsi olmasındadır. Şagirdlərinin sayını isə az qala saymaq mümkün deyildir”.

Nəcəf Elmi Hövzəsində tədrisi Sahibi Cəvahiri təkcə müəllimliyi ilə məhdudlaşdıra bilmədi. O, həmçinin bir çox dəyərli əsərlərə də imza atmaqla bu günümüzün İlam dünyasına dəyərli irslər verməkdədir. 32-illik bir zaman sürən “Cəvahirül Kəlam” kitabi Şeyxin həyatının sonuna qədər yazdığı ölməz şedevrdir. Hal-hazırda da bütün dini hövzələrdə xaric dərslər (ictihad) üçün qiymətli ləvazimat olan kitab bu sahə üçün sonsuz qiymətə malikdir. Əllamə seyid Möhsün Əmini bu kitab haqqında belə buyurur: “islam fiqhində “Cəvahirul Kəlam”dan daha qiymətli əsər yoxdur. Şeyx Murtəza Ənsari isə “İlahi hökmləri istinbat (əldə etmək) etmək istəyən müctəhid üçün “Cəvahirul Kəlam” və “Vəsauliş-Şiə” kitabları kifayətdir. Əllamə Hillinin “Şərayiu” kitabına da şərh yazan Şeyx Məhəmməd Həsən “Cəvahirul Kəlam”, “Nicatul ibad fil Məad”, “Hidayətul Nasikun”, “Xumus və Zəkat”, “ Əhkamus Sovm”, “Üsul və fiqh məzmunlu məqalələr” adlı bir neçə kitaba müəlliflik edir. Elmi işlərlə yanaşı ictimai işlərdə də fəal olan Məhəmməd Həsən Kufə şəhərində olan bir çox məscid və ziyarətgahlarda təmir və bərpa işlərində yaxından iştirak etmiş, bu işlərdə təşkilatçılıq göstərmişdir. Bunlardan Kufə, Səhlə məscidləri, Müslüm ibn Əqil, Hani ibn Ürvə türbələrinin təmirləri onun xüsusi xidmətinin nəticəsidir.

1845-ci ildə şiə dünyasının fəxri olan bu dahi şəxs dünyasını dəyişərək əbədiyyət dünyasına pərvaz etdi. Öz vəsiyyətinə əsasən Nəcəfdə yaşadığı evdə dəfn olunan Sahibi Cəvahir fədakarlıq və rəşadəti ilə hər zaman din. Mənəviyyat axtarışında olan şəxslərin qəlbində yaşayacaqdır.

 

Mənbə: İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ