Sahil Babayev kimdir?

Sahil Babayev kimdir?

Həyatı

 

Sahil Rafiq oğlu Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

İngilis, rus, türk, fransız dillərini bilir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ehtiyatda olan zabitdir.

 

Fəaliyyəti


1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İnvestisiyalar İdarəsinin Hüquq Departamentinin böyük mütəxəssisi və müdiri vəzifələrində çalışıb. Hasilatın Pay Bölgüsü haqqında sazişlərin, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri üzrə müqavilələrin hazırlanmasında, habelə beynəlxalq maliyyə institutlarından maliyyələşmənin cəlb olunmasında iştirak edib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləməklə, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-2014 -cü illərdə isə, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Eyni zamanda, 2009-2014-cü illərdə “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının sədri, Avropa İttifaqı - Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, “SOCAR Türkiyə Ege” Kompleksinin (Star layihəsi) Direktorlar Şurasının üzvü, Dünya Bankı ilə müştərək “Məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Xarici iqtisadi fəaliyyətlə və beynəlxalq əməkdaşlıqla bağlı şöbələrin, ticarət nümayəndəliklərinin, “Azpromo” İxracın və İnvestisiyaların Təşviqi Fondunun, Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının kuratoru, “Cənub Qaz Dəhlizi” layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən nümayəndə, “Azergold” QSC-nin Müşahidə Şurasının sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının üzvü kimi çalışıb.

Eyni zamanda, Almaniya, Çexiya, Sloveniya, Argentina və Braziliya ilə Hökumətlərarası Komissiyaların həmsədri, Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycan – İran İşçi Qrupunun həmsədri, 19 ölkə ilə Hökumətlərarası Komissiyaların üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

 

Elmi fəaliyyəti


Hüquq üzrə fəlsəfə doktorudur.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Kommersiya hüququ” dövlət imtahan komissiyasının sədridir.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Diplomatik Akademiyasında müxtəlif mövzular üzrə mühazirəçi olub, İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində keçirilən müxtəlif konfranslarda çıxış və iştirak edib.

Beynəlxalq neft sazişlərinə, Hasilatın Pay Bölgüsü haqqında sazışlərə, beynəlxalq və milli-hüquqi tənzimləməyə, beynəlxalq hüquqi proses və beynəlxalq məhkəmə prosedurlarına dair məqalə, dissertasiya və monoqrafiyaların müəllifidir.

 

Ailəsi


Ailəlidir, 2 övladı var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ