EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272

Şəhid Məhəmməd Əli Qazi Təbatəbai kimdir?

Şəhid Məhəmməd Əli Qazi Təbatəbai kimdir?

“Əbdül vəhabiyyə” seyidləri adı ilə məşhur olan Təbriz şəhər seyidləri bir xanədan olaraq İslam dünyasına dəyərli şəxslər vermişdir

İmam Həsən (ə) sülaləsindən olan bu nəsil Səduyyə Ərəbistanından İrana Abbasilər xilafəti dövründə hicrət etmişdir. Abbasilərin zülm və sitəmləri, Əhli-beyt (ə) ailəsinə qarşı amansız davranışları bu ailəni İrana, Təbrizə gətirib çıxarmışdır. Seyid İbrahim bu soyun banisi sayılaraq Əhli-beyt (ə) dəyərlərini qoruyan ilk şəcərə nümayəndəsi olmuşdur. Lakin sonrakı illərdə bu ailə İslam dünyasına Şeyxul-İslam Əmir Əbdülqəffar Təbatəbai, Ayətullah Bəhlul Ulumi, Ayətullah Şəhid Seyid Raziyuddin Əli ibn Tavus Həsəni kimi şəxsiyyətlər bəxş etməklə öz silsiləsini genişləndirmişdir.

1910-cu ilin yayında Təbriz üfüqlərində yeni bir günəş öz doğuluşu ilə Qazi Təbatəbai xanədanına, Mirzə Baqirin evinə gözəl bir oğlan uşağı bəxş etdi. Ailənin nuraniyyətini artıran bu uşağa ata və anası Məhəmməd Əli adını verdilər. Mirzə Baqir dövrünün böyük fəqih və alimlərindən idi. Buna görə də oğlunun tərbiyəsi və elmi bilgilərlə tanışlığı ibtidai olaraq Mirzə Baqirin diqqəti altında baş tutur. Yeddi yaşına qədəm qoyan Məhəmməd Əlini daha mütəmadi və geniş tədrisə yiyələnməsi üçün Mirzə Baqir onu qardaşı Mirzə Əsədullah Qazi və Mirzə Məhəmməd Hüseynin yanına göndərir. Beləcə Məhəmməd Əlinin sistemli tədris dövrü də bu zamandan başlayır.

Məhəmməd Əli tədrislə bərabər atasının əksər zaman mərkəzdə durduğu ictimai prossesləri yaxından izləməsi bir növ ruhunda mübarizə əzmini özü də hiss etmədən böyütməkdə idi. Xanın xalqın kütləsinə qarşı istismarı tez-tez Təbrizdə baş qaldıran etiraz dalğaları ilə müşahidə olunurdu və Mirzə Baqirin öndə durduğu bu hərəkatlar zülmə qarşı mübarizə ruhlu olan Məhəmməd Əlini daha mətni və barışmaz təfəkkür üzərində inkişafına zəmin yaradır. Əksər etirazlarda atasının yanında olan Məhəmməd Əli baş verən hadisələri izləyir, xalqın istismarını yol verilməz bir hal kimi qəbul edirdi.

1927-ci ildə ağır vergilərin ödənilməsinə etiraz edən kütlənin etiraz dalğası zamanı 17 yaşlı Məhəmməd Əli atası ilə bərabər həbs olunur. Qısa bir zamanda şah rejmi onların Təbrizdən Tehrana sürgün əmrini verir. Ata və oğul iki ay Tehranda qaldıqdan sonra Məşhəd şəhərinə sürgün edilirlər. Sürgündə olan ailəyə maddi mənəvi zərbə vurmaq üçün şah Mirzə Baqirin evinin genişlənməkdə olan yola maniyə bəhanəsi ilə yerlə yeksan edib uçurur. Kiçik bir əşyanı belə otaqdan çıxarmağa imkan verməyən məmurlar qısa bir zamanda mənəviyyat beşiyi olan kiçik daxmanı darma-dağın edirlər. Bu hadisəni təəssüflə eşidən Mirzə Baqir bütün bunlara görə Allaha şükr edərək zülmün sonunda zalımın məhvi ilə nəticələcəyini bildirərək səbr edir.

1930-ci ildə Seyid Məhəmməd Əli sürgünlükdən azad edilir, lakin onun beş il ərzində Təbrizə dönüşü qadağan olunur. Elmə olan məhəbbət səbəbdən Məhəmməd Əli tədrisinin davamı üçün 1932-ci ildə Qum Elmləri Hövzəsinə gəlir. O burada böyük ustad İmam Xomeyninin bir sıra dərslərinə qatılır və İmamın siyasi təfəkkürü ilə bir daha yaxından tanış olur. O Ayətullah Xomeyni ziyasında zülmə mübarizəni insanlıq hədəfi qəbul edərək bu yolda yorulmadan çalışmağı bir amal bilir.

1942-ci ildə təhsilinin davamı məqsədi ilə İraqın Nəcəf şəhərinə yollanan Seyid Məhəmməd Əli buranın da mənəvi fəzası ilə tanış olunca bir çox dəyərli şəxsiyyətlərdən dərs aldı. Burada elmlə bərabər mənəvi paklıq və ruhi yüksəliş Seyid Məhəmməd Əlini mənəviyyat zirvələrinə qaldırınca bir çox tələbələrdən fərqlilik həddinə gətirir. Onun mənəviyyatında iti bir inkişaf yaranır. Böyük ustadlar Ayətullah İmam Xomeyni, Ayətullah Seyid Məhəmməd Hüccəti Quhkəməri, Ayətullah Seyid Sədrəddin Sədr, Ayətullah Seyid Məhəmməd Rza Gülpayiqani, Ayətullah Seyid Möhsün Həkimi, Ayətullah Seyid Əbul Qasim Xoyi, Ayətullah Seyid Əbdül Hüseyn Rəşti, Ayətullah Seyid Məhəmməd Hüseyn Kaşiiful-Ğita kimi şəxslərdən təhsil alan Seyid Məhəmməd Əli iyirmidən artıq tanınmış müctəhidlərdən ictihad iznini alır.

1952-ci ildə Ayətullah Seyid Məhəmməd Əli, 42 yaşında Nəcəfdən tənsilini bitirib öz doğma yurdu olan Təbrizə qayıdır. Ayətullah Təbatəbai Təbrizdə ilkin olaraq tədrislə fəaliyyətinə başlanğıc verir. Nəcəfdən başlayan elm qələmi doğma Təbriz şəhərinin fəzasında da tədrislə yanaşı yeni əsərlərə imza atması ilə davam edir. “Əl ictihadu vəl Təqlid” (ərəb dilində), “Əl-Fəvarid” (tarix), “Xanədanu Əbdülvəhhab” (fars dilində), “Kitabu Fi Elmil Usul” (Ərəb dilində), “Fəslul Xitab fi Təkik Əhlil Kitab” (Ərəb dilində), “Əcvibətuş Şubəhatul Vəhhabiyyə” (Ərəb dilində), “Əs-Səadətu Fil İhtimam Ələz Ziyarət” (Ərəb dilində), “Əl-Məbahisul-Usuliyyə” (Ərəb dilində), “Rəsail” kitabına haşıyə, “Məkasib” kitabına haşiyə, “Kifayətul Usul” kitabına haşıyə, “Tarixi Qəza dər İslam”, “Hədiqətus Salihin”, “İslam Siratul Mustəqim” kitabına taliqə, “Kənzul-Urəfa” kitabına taliqə, “Sahibul Əbrar” kitabına müqəddimə, “Əsrari tarixi Ayətullah Həkim”, “Cənnətul Məva” kitabına müqəddimə, “Möcüzə və Şəriəti An” kitabına müqəddimə, “Elmi İmam (ə)” kitabları onu qələmə aldığı dəyərli əsərləridir.

İranda zalım şah rejminə qarşı İmam Xomeynini başlatdığı mücadilə bütün İranı yerindən sirkələyincə hər bir siniflərdən İmamım hərəkatına dəstək gəldi. Təbrizdən bu hərəkata başçılıq Ayətullah Təbatəbainin başçılığı altında gerçəkləşirdi. Ayətullah Məhəmməd Əli Təbrizin müxtəlif yerlərini dolaşaraq kütlələr arasında danışıqlar apararaq İmam Xomeyninin başlatdığı hərəkatın məzmun və gələcək uğurundan söhbər açaraq hər kəsi bu hərəkata dəstək verməyə çağırdı. Elə buna görə o də çox tez-tez həbslərə və dözəsi mümkünsüz olan işgəncələrə məruz qalaraq bu yolda məşəqqətlərlə üzləşir. Hərəkat baş qaldıran gündən müxtəlif ərazilərə sürgün olunan Ayətullah Təbatəbai hər vəchlə bu hərəkatdan üz döndərilməyə cəhd edilsə də o bir anlıq olsun hədəfindən dönmədi.

1968-ci il, 30 noyabr tarixində, Qurban bayramı günündə geniş bayram xütbəsi edərək şah rejminin anti-İslam addımları və İsrailin apardığı insanlıq əleyhinə addımlarını şərh edərək hər bir vicdanlı İran vətəndaşının bu iki ünsürə qarşı mübarizədə onları fəal olmağa səsləyir. Onun çox kəskin olan bu çıxışı bütün Təbrizi dolaşarkən Şah rejminin əleyhinə olaraq rejmi qorxuya salır. Sabit olmayan bu vəziyyətdə rejm idarəçiləri Ayətullah Təbatəbainin həbsi fərmanını imzalayırlar. Elə həmən gecə Ayətullah Qazi Təbatəbai həbs olunur. Gecə ilə də Kirmana sürgün edilir. Çox sərt, rütübətlı və tək otaqda saxlanılan Seyid burada bir il qalır, 1969-cu ildə onu Kirmandan Zəncana, oradan isə Təbrizə gətirirlər. Bundan sonra Ayətullah Təbatəbainin yeri məlum olmasa da o Təbrizin işgəncələrlə məşhur olan xüsusi zindanında saxlanılaraq təzyiqlərə məruz qalır. 1976-cı ildə, uzun sürən ağrılı-acılı tzyiqlərdən sonra Ayətullah Təbatəbai xəstə bir halda həbsdən azad edilir.

1977-ci ildə Şah rejmindən bezən kütlə artıq 12 illik mübarizə və qətillərdən sonra şah rejminə birdəfəlik “YOX” demək üçün küçələrə axışır. Qəzəb və riqqətlə dolu olan qəlblər yaxınlarının şəhadəti və əzizilərinin həbslərini durdurmaq üçün rejmin süqutunu yeganə çıxış yolu bilirlər. “İttilat” qəzetində sürgündə olan İmam Xomeyninin çıxışı Qum şəhərinin ruhaniyyətini də ayağa qaldıraraq istismara son zərbə endirmək üçün küçələrə çıxması bütün böyük şəhərlərı də ayağa qaldırdı. Şəhidlərin 40-ı gününə təsadüf edən bu toplantı İranın bütün əyalətlərində şəhidlər günü kimi bütün xalqı azadlığa səsləyirdi. İmam Xomeyni öz çıxışında şəhidlərin 40-ı günü tarixini zülm və tağutun sonu tarixi olacağı bir gün olduğunu bildirərək İran xalqını bir hədəf altında birləşərək şah rejmini devirməyə çağırırdı və təbii olaraq da İmamın bu çağırışına ilk müsbət cavab Təbrizdən gəldi. Səhhəti hələ də düzəlməyən Qazi Təbatəbai və Ayətullah Seyid Həsən Əngəçı xalqın qarşısına çıxaraq bu hərəkatın haqq bir dövlətin qurulması ilə nəticələnəcəyini bildirərək bu mübarizədə son ana qədər olacaqlarını onlara bildirir.

1977-ci il 18 fevral tarixində Təbrizin mübariz xalqı Hacı Mirzə Yusif məscidində Ayətullah Qazinin ətrafına toplanaraq ondan əmr gözləməyə başladılar. Bunu yaxşı nəticə verməyəcəyini anlayan SAVAK (İran Xüsusi Xidmət Orqanı) xalqın üzərinə qoşun yeritməyə başladılar. İlk şəhid olan şəxs də qəzəbli olan xalqı tam olaraq ayağa qaldırdı. Müharibə silahli ordu ilə əli yalın xalq arasında başlasa da sonradan bütün bunlar şəhərdə fəsad mərkəzləri olan şərab evləri, qumarxanalar, barları da öz qoynuna alaraq od alova qərq etdi. Beləcə ilk inqılabin böyük alovu Təbrizdən bütün İrana şölələnərək iki ilə yaxın bir müddətdə şah rejmini tamam olaraq tənəzzülə uğratdı. 1979-cu ild İranda inqılab tam olaraq qələbəni əldə etdi və İran İslam Respublikasının təməli qoyuldu. Lakin hər kəsə bəlli idi ki, böyük maraqların toplandığı İranı xain əllər belə rahat tərk etməyəcəklər. Altı ay sonra böyük filosof Ayətullah Mütəhərri terror qurbanı olaraq şəhid edildi. Onun ardınca isə 1979-cu il, Oktyabr ayının 11-də Ayətullah Qazi Məhəmməd Əli Təbatəbai Qurban bayramı namazını qılaraq qurulan dövlətin İlahi bir lütf olduğunu bildirərək bunu qorumağın qanları bahasına olsa belə qorunacağını bayram tribunasından elan etdi. Və bundan sonra zalımların məyus olacağı bu hakimiyyətin İmam Zaman (ə.f.) dövlətinə qovuşacağı günə qədər davamlı olması üçün hər kəsi diqqətli olmağa çağırdı.

Elə həmən günün axşam namazında “Şaban” məscidində camaat namazı qılan Ayətullah Təbatəbai bir qrup tərəfdarı ilə məscidin girişinə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində şəhid oldu.

Mənbə: İslamazeri

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ