EURO 2,0024 NEFT 78,23
USD 1,7 RUB 0,0256

Şəhid Seyid Həsən Müdərris kimdir?

Şəhid Seyid Həsən Müdərris kimdir?

Ayətullah Müdərris təkcə siyasi-ictimai-tədris sahəsində deyil, eyni halda elm sahəsində əsərlərin ərsəyə gəlməsi istiqamətində də çalışıb.

1857-ci ildə İranın İsfəhan şəhərinin Zəvarə qəsəbəsində, dövrünün tanınmış alim və ziyalılarından olan seyid İsmayılın evində körpə bir oğlan uşağı dünyaya gəlir. İmam Həsənin (ə) nəslindən olub 31-ci silsilə şəcərədən İmama bağlı olan Seyid İsmayıl oğluna da məhz İmamın şərəfinə Həsən adını qoyur. Həsənin beş illik uşaqlıq illəri doğma kəndi Zəvarədə keçirir. O burada dəyərli atasının ruhi fəzasının mənəvi dünyasında kiçik qəlbi ilə qidalanaraq böyüməyə başlayır. 1863-64-cü illərdə atası onu Qumşənin tanınmış ruhanı, ictimai xadim və ağsaqqallarından olan babası Mir Əbdülbağının yanına göndərir. Onun bu səfərinin əsasını təhsil alması kimi zəruri məsələdə görən atası Seyid Həsənin babasından alacağı elmlə dində ilk addımlarını atmasını istəyir. Öz səhhətində yaranan kəskin xroniki xəstəliklər səbəbi ilə oğlunu həm əmin əllərdə, həm də əmin dini fəzada qoyduğuna bir yəqinlik yaradan Seyid İsmayıl bu barədə Seyid Əbdülbağıya da yazaraq oğlunu ona əmanət edir.

1871-ci ildə Seyid Həsən atası Seyid İsmayılı itirir. 14 yaşlı gəncin həyatında ata itkisi ağır izlər buraxsa da babası onun təhsilinə ayırdığı diqqətlə Seyiddə elmə maraq və məhəbbət yaradaraq tənhalığa uğramağa imkan vermir. İki il sonra, 1873-cü ildə isə o əziz babası və ustadını da itirir. 1877-ci ildə Seyid Həsən Qumşədə təhsilini bitirərək İsfahan Elmlər Hövzəsinə gəlir. Və təhsilinin davamı olaraq hövzənin tanınmış dəyərli fəqihlərindən 13 il mütəmadi olaraq dini təhsil alır. Ərəb ədəbiyyatı, məntiq, bəyan, fiqh, üsul, irfan, fəlsəfə, hikmət və sair dərsləri böyük fəqihlər Mirzə ƏbdülƏla, Molla Məhəmməd Kaşi və Cahangir Xan Qaşğayi kimi böyük şəxsiyyətlərdən alır. Onu mərəcə məqamında təsdiqli olaraq böyük fəqihlər Seyid Məhəmməd Baqir Dərcəi və Seyid Murtəza Razi onu təsdiqləyirlər.

1880-cı ildə, 23 yaşlı ictihada çatmış bu gənc İsfahanda təhsilini başa vuraraq İraqın Nəcəf şəhərinə, Nəcəf Elimlər Hövzəsinə təhsilini davam etdirmək üçün yola düşür. Nəcəfə qədəm qoyunca İmam Əlinin (ə) hərəmini ziyarət edən Ayətullah Seyid Həsən ziyarətdən sonra xəyalı aşiqi olduğu böyük fəqih Mirzai Şirazini görmək üçün hövzəyə gəlir. Böyük fəqihlə görüşən Seyid ona təhsilini davam etdirmək istəyini bildirir. Mirzai Şirazi onun bu istəyini müsbət qiymətləndirib Seyidi Nəcəf Elimlər Hövzəsinə qəbul edir. Yerləşəcəyi otaqdakı hücrə yoldaşı isə böyük arif Ağa Şeyx Hüseyn Ali İsfəhani olur. Eyni halda o burada böyük fəqih və ustadları Ayətullah Seyid Məhəmməd Fişakəri, Ayətullah Şəriəti İsfəhani, Seyid ƏbdülHəsən İsfəhani, Seyid Məhəmməd Sadiq Təbatəbai, Seyid Əbdülkərim Hairi, Seyid Mustafa Kaşanidən də dərslər alır. Xaric dərslərini Seyid Əbdül Həsən İsfəhani və Ayətullah Seyid Əli Qəzrunidən alaraq Seyid Həsən ictihad həddində növbəti pilləni fəth edir. 1897-ci ildə, həyatının 40-cı baharında Ayətullah Seyid Həsən Nəcəfdə təhsilini bitirərək İrana, öz doğma diyarı İsfəhana qayıdır.

Ayətullah Seyid Həsən Müdərris İsfahana qayırdıqdan sonra hövzəyə gəlir və burada fiqh, üsul, məntiq, fəlsəfə, “Nəhcül bəlağə”nin şərhi, kimi dərslərin tədrisinə başlayır. Lakin onun tədris metodu bir çox müəllim tədrisindən fərqli olur. Elə ilk dərs günündən günün mövzuları, ölkədəki haqsızlıq, zülm və ədalətsizliyi diqqətdə saxlaya Müdərris ruhanilərin xüsusi olaraq ictimai işlərdə fəalliqlarını dini fəaliyyətin əsas hissəsi kimi dəyərləndirir. Elə bu səbəbdən də dövrün alim və müctəhidləri Seyid Həsənə “Müdərris” ləqəbini veriri.

1899-cu ildə İsfəhanda daxili qarşıdurmaların baş qaldırması xüsusi strateji şəhər olan İsfəhana hakimiyyət tərəfindən təzyiqi çoxaldır. Etirazlar vergilərin ağırlaşması, xalqın malının Sultan tərəfindən müsadirə olunması ilə İsfəhani sirkələyir. Zülmə, xaqsızlığa etiraz edən İsfəhanlılara qarşı sərt addımlara qalxan Sultan rejimi qiyamı yatırmaq üçün xalqla amansız davranışlara qalxır. Çətin vəziyyətdə yaşayan xalqın aşağı sinfinə onsuzda ağır olan güzaranlarını daha gəlgin hala gətirərək həbslərlə onları zindanlara salmağa başlayırlar. Mövcud hadisəni yolverilməz sayan Ayətullah Müdərris bu addımların tez bir zamanda dayandırmasını tələb edərək Sultana təbəələri ilə öz etirazını göndərir. Və əgər bu özbaşnalıq dayandırılmayacağı halda xalqı qiyamlara çəkəcəyini açıq forada bildirir. Xəbər Sultana çatınca vəziyyəti nəzarət altında saxlamaq üçün Sultan vaxt itirmədən Ayətullah Müdrrisini şəhərdən uzaqlaşdırmaq, sürgün əmrini verir. Bunu eşidən mübariz isfəhan xalqı bütün gücünü toplayaqraq Ayətullah Müdərrisinin ətrafına toplanır. Hər saatda durmadan artan dəstələrin fəallığını seyir edən Sultan vəziyyətin daha gəlgin hala gəlməməsi üçün Ayətullah Müdərrisinin sürgün hökmünü ləğv edir və bununla bərabər nəzərdə tutulan vergilərin də dəyişdirilərək sadələşdirilməsi qərarını imzalayır.

Bu addımdan sonra Ayətullah Müdərrisinin həyatında yeni səhifə açılmağa başlayır. Bu müsbət tərəfdən xalqın rəğbət və inamı olduğu kimi Sultan və onun əlaltıları tərəfindən də ona qarşı sui-qəsti aktiv hala gətirir. Müxtəlif zamanlarda Ayətlllah Müdərrisiyə qarşı bir neçə sui-qəst olunur. Hər dəfə də İlahi bir lütf sayəsində sağ qalan Müdərrisi bütün baş verənlərdə Allaha həmd edərək onun pənahına sığınır.

XX əsrin əvvəllərində Tehrandan bir neçə Ayətullahın dəvəti Müdərrisini Tehrana gətirir. Xarici görkəmdə tədrisə dəvət alan Müdərris daxilən Tehran daxili ictimai-siyasi məsələləri yaxından tanımaq amalı ilə dəvət qəbul edir. O ilk tədrisini “Sepah Sala” (indiki Ayətullah Mütəhərri adına) mədrəsədə başlayır. Xüsusi tələbələrin qatıldığı ocaqda bütün tədris ocaqlarından fərqli dərslərin qoyulması təşəbbüsü ilə başlayan Müdərris ilk dəfə dini hövzə olaraq burada “Nəhcül-bəlağə” adlı dərs saatı təşkil edir və Nəhcül-bəlağədən dərslərə başlayır. İslam dünyasının tanınmış simaları Ayətullah Burcerdi və Ayətullah Mirza Ağa Əli Şirazi də bu tələbələr içində yer alanlardan olur.

Əlbəttə Ayətullah Müdərris təkcə siyasi-ictimai-tədris sahəsində deyil, eyni halda elm sahəsində əsərlərin ərsəyə gəlməsi istiqamətində də çalışır. Gecələrin böyük bir hissəsini yuxusuna haram qatan bu dəyərli mütəfəkkir bir çox qiymətlə əsərlərə müəlliflik edir. Əsasən yuxusuz gecələrinin məhsulu olan bu elmi əsərlərdən Axud Xorasaninin “Kifayətul Usul” kitabına şərh , Şərhul Rəsail, Kitabu Hucciyyətuz Zənn, Risaleyi Şərti İmam və Məmun, Kitabul İztizhab, Əhvaluz Zənn fi Usuliddin, Nəhcül-Bəlağəyə şərh, Usuli Təşkilati Ədliyyə, Ayətullah Məscid Şahin Nigah əsərinə şərh, Risalətut-Tərəttub, Risalərul Uqud vəl İctihad adını qeyd etmək olar. Kitab yazmaq, elmi dəyərləri qələmə almaq Ayətullah Müdərrisinin daxili istəkləri olsa da ictimai-siyasi siferada baş verən hadisələr onun bu sahəyə diqqətini minimum həddə endirir. Bundan acı olan o idi ki, Ayətullah Müdərrisinin İslam dünyasında gördüyü bir çox problemlərin həllini düşündüyü metodlar artik təfəkkür tərzləri ifratda olan ümumi dindarlar tərəfindən rədd olunaraq mənfi qarşılanacaqdı. Bunu o gözəl anlayır. Lakinin dinin zəruri və sabah üçün pillə olacağı bir addımı Ayətullah Müdərris heç tərəddud etmədən atmaq əzmində idi. Və o buna bütün təzyiqlərə baxmayaraq gedir də. İran tarixində Milli Məclisdə ilk ruhani olaraq Ayətullah Müdərris namizədliyini irəli sürür. Bu gözlənilməz addım İran Şah rejmini çaşdırınca dindarlığı yalnız məscid səviyyəsində görən ifrat dindarlar da bu addımı mənfi qarşılayır. Lakin Müdərris bütün irad və ziddiyyətlərə baxmayaraq namizədliyi üzərində dayanır və arzulanan səs çoxluğunu toplayaraq İran Milli Məclisində ilk ruhani olaraq başı əmmaməli ora daxil olur. Hakimiyyətin əli çəlikli bu qocanın daxili durumuna olan ehtiyatına rəğmən dindarların ona qarşı mənfi fikirləri bu günün aktualllığını qiymətləndirən Müdərris üçün çətin olsa da əzmi qırılan deyildi. İranın ifrat ruhanilərinin belə “hökumət adamı” adlandırdığı bu şəxsiyyətin əslində İran xalqının təfəkkürünə Milli Məclis tiribunalarına həqiqi iman sahiblərinin gəlməsi mesajı çox sonra dərk ediləcəyini anlayan Müdərris öz yolunda əzmlə çalışır. Onun Millim Məclis iştirakçılarının belə gülüş obyektinə alınması Müdərrisə yalniz bir dəfə tribunaya qalxması ilə son verir. Depudatlar qarşısında çıxış edən Müdərris İranın ictimai-siyasi siferasını çox mükəmməlliklə təhlil edərək mövcud problemlərdən çıxış yolunu Şahın getdiyi istiqamətdə deyil, xalqın rifah və mənəviyyatında görən mütəfəkkir rəhbərlik və depudatlara çıxış yolunu təqdim edir. Onun bu təklif və təhlili qısa bir zamanda İranı öz əhatəsinə alır. Müdərris haqqında şübhə yaradan bəzi şəxslərin yaratdığı mənfi fikirlər hər çıxış üçün tribunaya qalxan dühanın çıxışları ilə alt-üst olur.

Şəhid Müdərrisin dövründə İranda qəbilə və tayfalar arasında süni yaradılan qarşıdurmalara son qoyulur. Dini camiyədə görünülməyən halda birlik və vəhdət yaradılır. İngilis və Rusların istismarına qarşı aparılan mübarizənin bütün layihə və hədəfləri məhz Müdərrisin fikir və qələminin nəticəsi olaraq xalqa çatdırılır. Eyni halda xatici siyasəti də Şəhid Müdərris diqqətindən kənar tutmur. Onun Türkiyəyə, İstambula səfəri tarixi hadisələrdən sayılır. O İstanbulda İran mədrəsələrinin bərpası və orada şiə əqidəsi əsasında dərslərin qoyulmasında bilavasitə özü iştirak edir. Və bir neçə dərsi orada məhz özü tədris etməyə başlayır. Onun bu addımı Türkiyədə ajartaj yaradır. Məhz bu səs-küy Türkiyə Osmanlı imperiyasının başçısı Sultan Məhmədin diqqətindən kənar qalmır. O öz nümayəndəsini göndərərək Şəhid Müdərrisi sarayına dəvət edir. Ayətullah Müdərris dəvətə müsbət cavab verir və onlar sarayda görüşürlər. Şəhid Müdərris bu gün İslam dünyasındakı problemlərin, xüsusi olaraq parçalanmanın acı aqibəti olaraq İslam dünyasının istismara məruz qaldığını deyərək Sultan Məhmədi bütün gücünü qoyaraq vəhdət və birlik üçün can qoymağa çağırır. Şəhid Müdərris bu addımın məhz onun hakimiyyətinin qarantı olmasını vurğulayaraq bu işə xüsusi diqqət göstərməsini ondan rica edir.

Ayətullah Müdərrisin siyasi dairəsini genişləndiyini görən Qərb İstismar qüvvələri hakimiyyətə gətirdikləri Rza Xandan Şəhid Müdərrisi həbs etmələrini istəyir. Ölkəyə qayıtdıqdan 2 gün sonra həbs olan Müdərris 93-gün həbsdə olur. Onun həbsi dövründə ilk addım olaraq onun evində olan kitab və araşdırma əsərlərini müsadirə edirlər. Daha sonda onu yalançı xəyanətkar damğası ilə onu Millim Məclis depudatlığından məhrum edirlər. Xalqın etiraz kütləsinin baş qaldırdığını görən Rza Xan sonunda Şəhid Müdərrisi həbsdən azad etsə də Milli Məclisə bir ilahiyyatçının, xüsusi olaraq Şəhid Müdərris kimi bir şəxsiyyətin yerləşdiriilməsini siysasi bir səhv adlandıraraq onun bərpasına əsla imkan vermir. Və bunula yanaşı onun həbsdən sonrakı fəaliyyətini xüsusi nəzarət altında saxlamaq göstərişi verir.

Bu andan başlayaraq Şəhid Müdərrisin istənilən təblığat vasitələri məhdudlaşdırılır. Hakim qüvvələrin ona qarşı kinli rəftarı az qala hər addımbaşı qadağalara səbəb olur. Lakin mövcud vəziyyət Müdərrisi dayandırmayacağını anlayan Xan rejmi 1948-ci ilin yayında Şəhid Müdərrisin yenidən həbs fərmanını verir. Evinə zorakılıqla daxil olan Xüsusi Xidmət Orqan əməkdaşları qarşılarına çıxan istənilən şəsxə, qadın kişi, məhəli qoymadan divan tutaraq onları əzirlər. Ağsaqqal ruhani olan Şəhid Müdərris də döyülüb təhqir olunanlar arasında olur. Öncə ona zərbələr endirən dövlət orqanı əməkdaşları daha sonra onu həbs edərək zindana qaldırırlar. Elə həmən gün, həbsxanadaca hakim ona vətənə xəyanət hökmü oxuyaraq ömürlük azadlıqdan məhrum edir. Lakin Şahi rejmi bu dəyərli şəxsin həbsxanada olduğu müddət boyunca da onun üçün baş ağrısı olacağını anlayır. Şəhid Müdərris də əlinə düşən istənilən fürsətdən istifadə edərək zindandan bəyanatlar göndərərək xalqı baş verən hadisələrdə dqqətli olmağa çağırır. Bu isə Xan rejmini daha ciddi addım atmağa səsləyir. Hər gün narahatlıq yaşadığı Müdərris varlığı ilə birdəfəlik vidalaşmaq Şahı düşündürən xüsusi planlardan olur. 1957-ci il Ramazan gecələrinin birində Şahin hökmü ilə çaya zəhər qatılaraq Ayətullah Müdərrisə verilir. Lakin hansı hikmət səbəbi olduğu anlaşılmayan həddə Şəhid Müdərris bu böyük həcmlə zəhərin tərkibindən zəhərlənərək zəifləsə də ölüün gülləsinə tuş gəlmir. Bunu görən Şah növbəti fərmanı, Əhya gecələrində ibadətlə məşğul olan Müdərrisi boğaraq şəhid etmələri hökmünü verir. Ramazan, Qədr gecələrinə təsadüf edən gecələrin birində, gecə amazı ibadətində ikən Şəhid Müdərrisi iki nəfər məmur elə namaz üstəcə öz əmmaməsi ilə onu boğaraq şəhid edirlər. Öz ağası İmam Əli (ə) kimi Ramazan, Əhya gecələri və namaz üstə şəhadətə çatan Müdərrisin şəhadət xəbəri İran xalqını matəmə qərq edir.

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ