Seyid Məhəmməd Həsən Mirzayi Şirazi kimdir?

Seyid Məhəmməd Həsən Mirzayi Şirazi kimdir?

Bir zamanlar tarixin dəyərli simasına çevriləcək Mirzayi Şirazi 1809-cu il, Cəmadiul Əvvəl ayının 15-də Şiraz şəhərində mömin, təqva və elm dolu bir ailədə dünyaya göz açır. Atası o dövrün Şirazda dəyərli elm sahiblərindən sayılan Mirzə Mahmud Şirazini o, hələ kiçik yaşlarında itirərək ata qayğısından kənar böyüyür. Buna görə də ibtidai dini elmləri o dayısı Seyid Hüseyn Musəvidən əldə edir. Artıq dörd yaşında ikən o bir çox uşaqlardan fərqlı olaraq yazmaq və oxumağı bacarır. Altı yaşında ikən isə o hövzə dərslərini öyrənməyə başlayır. Ecazkar dərəcədə istedad və zəkası ilə Seyid Məhəmməd Həsən qısa bir zamanda hövzənin müəllim heyətinin diqqətini çəkərək özünə məhəbbət qazandıra bilir. Səkkiz yaşlarında isə çox az təsadüf edilən hal, “Məscidi Vəkil”in mənbərinə qalxıb xalqa moizələr edir, günün müxtəlif saatlarında ümumi kütləyə əxlaq dərslərindən tədrisə başlayır. Gənc yaşlarına qədəm qoya-qoymaz isə məşhur “Şərhül Lümə” kitabini tədris etməyə başlayır. Tədrisdə xüsusi xətt və bacarığı qısa müddətdə onu Şirazda sevdirincə bundan xəbər tutan Şiraz hakimi gənc Məhəmməd Həsənə dövlət işlərində çalışmaq üçün xüsusi iş təklifi ilə də çıxış edir. Lakin onun elmə olan sevgisi və bu sevgiyə ustadı Şeyx Məhəmməd Təqinin dəstəyi Məhəhəməd Həsənə hər hansı bir vəzifədən imtina etməyi və təhsilini davam etdirmək qərarını verir. 1837-ci ildə gənc Məhəmməd Həsən təhsilini davam etdirmək üçün o dövrün böyük elmi mərkəzi sayılan İsfahan Elmlər Hövzəsinə gəlir.

“Sədr” mədrəsəsinə daxil olan Mirzayi Şirazi dövrün böyük ustadlarından olan Ayətullah Məhəmməd Təqi İsfəhaninin dərslərinə qatılır. Bir müddət Məhəmməd Təqi İsfəhaninin ümumi dərslərində iştirak edən Mirzayi Şirazı onda olan geniş elmi dəryani müşahidə edincə özündən başqa iki hövzə tələbəsi ilə birlikdə Ayətullah Şirazidən onlara dərsdən kənar əlavə dərs vermələrini xahiş edirlər. Mirzayi Şirazidə olan elmə sevgini müşahidə edən ustad razılıq verir və beləcə onlar dərsdən kənar tədrisə başlayırlar. Lakin bu uzun sürmür. Qocalıq Məhəmməd Təqi İsfəhanini bir müddət sonra əbədi olaraq bu fani dünyadan alınaraq götürür. Bundan sonra hövzəyə rəhbərliyi Ayətullah Seyid Həsən Bidabadi öz üzərinə götürür. Gənc Mirzayi də onun dərslərinə qoşularaq elmi zəkasını davam etdirməyə başlayır. 20 yaşında o artıq ictihad icazəsi alaraq “Ayətullah” rütbəsi qazanır.

Səkkiz il o İsfəhanda qalır. 29 yaşına qədəm qoyan Ayətullah Mirzayi Şirazi təhsilinin davamı üçün öncə Nəcəfə, daha sonra isə Kərbəlaya gəlir. O bir müddət Kərbəla Elmlər Hövzəsində qalaraq Ayətullah Şeyx Həsən Kaşiful Ğitanın, Ayətullah Şeyx Həsən Nəcəfinin, Ayətullah Şeyx İbrahim Qəzvininin, Ayətullah Şeyx Məşkur Hövla kimi dahi şəxslərin yanında dərs alır. Daha sonra müəllimi Aytullah Şeyx Həsən Nəcəfinin təklifi ilə o Şiraza dönmək qərarını verir. Geri dönüncə bir neçə gün Nəcəfdə qalan Mirzayi Şirazi İsfəhana qayıdır.

Nəcəfdən başlanan geniş tədris sistemi Şirazda davam edincə bu tədrisin nuruna toplanan, sonralar İslam dünyasının əvəzsiz simalarına çevrilən dahilərin yetişməsində Mirzayi Şirazinin əvəzsiz rolu olur. Bunlardan Mirzə Məhəmməd Təqi Şirazi, Qum Elmi Hövzəsinin qurucusu Şeyx Əbdülkərim Hairi Yəzdi, Mirzə Hüseyn Naini, Şəhid Şeyx Fəzlullah Nuri, Şeyx Məhəmməd Kazim Yəzdinin adını qeyd etmək olar. Mirzayi Şirazinin yüzlərcə tələbələri arasından seçilən bu simalar İslam dünyası üçün əhəmiyyət daşıyan şəxsiyyətlərdəndir.

1861-ci ildə Şiə dünyasının fəxri, böyük təqlid müctəhidi Şeyx Ənsari dünyasını dəyişir. Şeyx Ənsaridən sonra Şiə dünyası üçün bütün təqlidi müctəhid məqamını tutacaq şəxsin kimliyi çox önəmli idi. Buna görə də Nəcəfin böyük alimləri Həbibullah Rəştinin evində toplanıb müzakirə aparır və son nəticə olaraq Mirzayi Şirazini İslam dünyasının böyük təqlid müctəhidi seçirlər. Bu fikri Mirzayi Şiraziyə bildirəndə o israrla etiraz edərək buna layiq olmadığını bildirsə də bir çox dəlil, məntiq və zərurət haqqında olan danışıqlardan sonra Mirzayi Şirazı İslam dünyasının ələm müctəhidi olmaq vəzifəsini üzərinə götürür.

Müctəhidlik məqamını qəbul etməzdən öncə də ictimai-siyasi-elmi məsələlərdə xüsusi çalışqanlığı olan Ayətullah Şirazi bu andan üzərinə gələn növbəti vəzifənin daha ağır və məsuliyyətini anladığından daha iti və ciddi çalışmağa önəm verir. Günün müəyyən saatlarını elmə, müəyyən saatlarını ailəsinə, müəyyən saatlarını ictimai-siyasi işlərə, gecələrini isə ibadətə sərf edərək boynunda olan bu ilahi məsuliyyəti layiqincə yerinə yetirməyə çalışır. Mirzayi Şirazinin müctəhidlik dövründə verdiyi siyasi fətvalar öz dövrünün deyi, ümumi zamanın uzaqgörənliyinin təzahürü kimi qiymətləndirmək olar. İlgilislərin Əfqanıstanda apardığı soyqırımı siyasətini yaxından izləyən Mirzayi Şirazi İlgiltərə hökumətina yazılı müraciətlə bu soyqırımını dayandırmayacağı halda İngiltərəyə qarşı İslam dünyasını qaldıracağı haqda müraciəti iti siyasətçinin günün nəbzini tutan siyasətindən xəbər verirdi. Onun müraciətini qəbul edən İngiltərə hökuməti məktubu aldiği günün sahabı Əfqanıstanda müharibəni saxlayaraq geri çəkilir. Bununla bərabər təkcə İran və İraqda deyi, dünyanın müxtəli bölgələrində xarici təsirin nəticəsi olaraq Sünnü və Şiə qarşıdurmalarına müdaxilə edən Mirzayi Şirazi onların qarşısını alaraq bu iki məzhəb arasında sülh və səmimiyyətə nail olur. Nəcəfdən Hövzənin bir qolunu sünni şəhəri olaraq Samirraya köçürülməsi də Mirzayi Şirazinin Samirranın strateji bir ərazi olaraq qorunmasından xəbər verirdi. Bu addım səbəb oldu ki, bir çox sünni tələbələr Şiə mədrəsələrinə daxil olaraq Şiə fiqhini əldə edib məzhəblə yaxın əlaqələr qururlar. Əlbəttə bunlar Mirzayi Şiraziyə deyilən təki asan başa gəlmirdi. Sünnü və Şiəni daim müharibəyə çəkən irtica qüvvələr Mirzayi Şirazinin bu addımını hər cür qadağalamağa çalışsalar da buna müvəffəq ola bilmədikləri üçün Mirzayi Şirazinin oğluna qarşı terror aktı belə həyata keçirib onu şəhid edirlər və bununla da Mirzayi Şirazini bu hərəkətdən saxlayacaqlarını düşünürlər. Lakin iman və əqidəsi ilə insanlara nümunə olan şəxsiyyət İlahi dəyərlərin yaşaması uğrunda oğlunu bir qurban qəbul edərək hədəfində ciddi cəhdlə çalışır. Təkcə İranın deyil, dünyanın müxtəlif bölgələrinə şiə mübəlliğləri göndərən Mirzayi Şirazi şəbəkə təbliğ layihəsini uğurla həyata keçirir. Rusların İran ərazisinə müdaxiləsini, Yəhudilərin Həmədanda qətliamlarını o, iti siyasəti ilə qarşılayaraq onları geri oturtmağa müvəffəq olur. İranda İngilislərin istismar siyasətini yaxından izləmək üçün Ayətullah Seyid Əbdülhüseyn Larini vəkil olaraq ora göndərən Seyid Şirazi buradakı hadisələrdən xəbərdar olunca tarixin “Tənbəki hərəkatı” adlanan tənbəkiyə qadağa fətvasini verir. “Bu gündən kim tütün və tütün məhsullarından istifadə edərsə o İmam Zamana (ə.f.) qarşı çıxaraq o Həzrətlə müharibə etmiş hökümdədir”-buyurur. O İran daxilində tütünə olan geniş marağı seyr edərəkən tütün ticarətinin yalnız İngiltərədən İrana gəlməsini və buradan İranın gəlirinin İngiltərəyə daşınmasından narahat olur. Təbii ki, İngiltərə gələn gəlirlərlə müsəlman dünyasına müxtəlif tələlər hazırlaması bu işin ciddilik dərəcəsini Mirzayi Şiraziyə aydın göstərirdi. Digər tərəfdən isə bu İranın bir İngilis ölkəsindən asılıllıq həddini gücləndirirdi. Buna görə də Mirzayi Şirazi tənbəkinin haram olma fətvasını verərək bir neçə ildə İranda olan İngilis tütün ticarətini infilasiyaya uğradaraq ölkədən çıxarılmasına nail olur. Heç təsadüfi deyil ki, Ayətullah Şirazinin uzaqgörən siyasəti arxasında təqva və iman, eyni halda isə böyük mübarizə ruhu dururdu. Istənilən şəraiti iti zəkası ilə müzakirə edən Mirzayi Şirazi İlahi hökümlərin ehtivasında günün tələbini tutaraq hökm verməsi böyük naliyyətlərin zəmini idi.

O böyük düha həyatının hər bir anını təqva və pəhrizkarlıq, İlahi hökümlərin icrasına diqqətlə yanaşı ictimai vəzifələrin nəzərdə saxlanılması, xalqın rifah və firavanlığı, mənəvi inkişafa nail olma prinsipləri əsasında yaşadı. Bu dəyərlər isə xaricdən qəsbkarların İslam dünyasına qarşı apardıqları təblığatın effektsizliyini gücləndirincə Mirzayi Şiraziyə qarşı müxtəlif terror planları düşünmələrini irəli sürürdü. Məhz bu səbəblərdir ki, Mirzayi Şirazinin ölümü haqqında olan fikirlərdə müxtəlif versiyaları irəli sürür. 1891-ci ildə, 82-yaşlı du dahi şəhsiyyətin gözlənilmədən səhhətinin ağırlaşması və bir çox həkimlərin Mirzayi Şirazinin məhz zəhərlənərək ağır hala gəlməsi fikrini gücləndirdi. Yüngül xəstəlik səbəbindən həkimə müraciət edən Mirzayi Şirazının sonradan şəhərdən qaçan həkimin İngilis cəsusları tərəfindən Ayətullah Mirzayi Şirazini zəhərləmək üçün ona vaksin yeritməsi o dəyərli şəxsiyyəti yüksən qızdırma xəstəliyi ilə yatağa saldı. Bir neçə saat ərzində səhhəti ağırlaşan böyük düha günün ikinci yarısında öz canını İlahi dərgaha verərək bu dünyaya əlvida dedi. Onu minlərlə insanın göz yaşları ilə özünün inşa etdirdiyi mədrəsənin İmam Əli (ə) hərəminə açılan qapısı istiqamətində torpağa tapşırdılar.

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ