EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251

Şeyx Əhməd Yasin kimdir?

Şeyx Əhməd Yasin kimdir?

Onu hər kəs bir azadlıq hərəkatının həmişəyaşar lideri olaraq tanıdı, sevdi və şəhid olmasına baxmayaraq qəlbində vətənpərvər varlığını əbədiləşdirdi.

Şeyx Əhməd Yasin 1937-ci ildə Fələstinin Əsqəlan şəhərinin əl-Cəvra kəndində dünyaya gəlib. Üç yaşında atasını itirən Şeyx Əhməd anası və qardaşının himayəsində böyüyür. 1948-ci ildən başlayaraq yəhudilərin Fələstin ərazilərinin işğal etməsi səbəbi ilə bu ailə Əsqəlandan Qəzzaya köçür. 1948-52-ci illər Şeyx Əhməd ilkin təhsil üçün Qəzzanın liseylərindən birində natamam təhsil alır. Təhsilinin yarım qalma səbəbi isə yaşadığı bir qəzada boyun nahiyəsindən aldığı zərbə nəticəsində onurğa fəqərəsinin zədələnməsi olur. Bu zədə onu ömürlük əlil arabasına bağlayaraq iflic etdi. Tam orta təhsilini isə bir neçə il sonra ər-Rihal orta məktəbində alaraq tam təhsilə yiyələnir.

Şeyx Əhmədin əlilliyi onun mübarizəsində maniələr yaratmır. Təhsilini bitirib-bitirməz gənc Əhməd elmi, mədəni, ictimai sahələrin bir çox tanınmış şəxsiyyətləri ilə münasibətlər qurur, hər gün gəlginləşən Fələstin torpaqlarının Sionizm işğalının qarşısının alınması istiqamətində çarələr düşünürdü. 1967-ci ildə israil Fələstin işğalının ən geniş nöqtəsinə yüksəldi. Artıq Fələstin ərazilərinin yarısı israil ordusu tərfindən işğal olundu. Şeyx Əhməd Yasinin parlaq mübarizisi də məhz bundan sonra diqqətə gəlməyə başladı. O, Qəzzə ərazisində İslam Müdafiə Mərkəzi yaratdı. Bu mərkəz vasitəsi ilə israillə mübarizədə bir pərakəndəlik deyil, planlı işlər düşünülürdü.

Mərkəzin geniş fəaliyyəti, hazırlıqlı addımları müntəzəm vəziyyətə gəlməsi bir neçə il sürsə də bu illərdə Şeyx Əhməd durmadan çalışırdı. Getdigcə onun ətrafında gənclərdən ibarət geniş bir dəstə yaranmağa başladı. Artıq onlar Sinonizmə tutarlı zərbələr endirə bilirdilər. Elə bu səbəbdən də israilin ciddi axtarışda olduqları siyahıda Şeyx Əhməd öncüllərdən sayılırdı.

1984-cü ildə Şeyx Əhməd Yasin və bir neçə silahdaşı israil ordusu tərəfindən həbs oldundu. İlkin istintaq Şeyx Əhmədi israil dövlətinin təməl pirnsiplərini dağıtmaqda müqəssir bilinədərək 13 il azadlıqdan məhrum edildi. Ancaq bu həbs dövrü o qədər də uzu sürmədi. israil ordusunun komandanlığından əsir düşən ordu başçısı arasında baş verən əsir dəyişmələri səbəbindən içində Şeyx Əhmədin də olduğu beş nəfər əsir israil ordusu rəsmisinə dəyişdirildi. 1985-ci ildə reallaşan bu dəyişmədən sonra da Şeyx Əhməd Yasin israilin işğalçı siyasətinə qarşı aktiv həyatdan geri çəkilmədi.

1987-ci ildə Şeyx Fələstin İslami Müqvmət Hərəkatını (HƏMAS) yaradaraq mübarizənin ikinci fazasına qoşuldu. Təşkilat Müsəlman Qardaşlıq hərəkatının Şeyxin başğılıq etdiyi silahlı qanadının nəznində yaransa da çox qısa müddətdə bir çox təşkilatı ətrafına topladı. Şeyx Əhməd ömrünün sonuna qədər də bu təşkilatın mənəvi lideri olaraq da qaldı.

HƏMAS-ın fəaliyyətini dayandıracağını düşünən israil rəsmiləri 1989-cu ilin Mayında Şeyx Əhməd və bir neçə HƏMAS rəsmisini həbs etdilər. Lakin bu həbs təşkilat üzvülərini bir az da coşdurdu və hərəkat israil ordusuna tutarlı zərbələr endirməyə başladı. 1990-cı il 3 Yanvar tarixində Şeyx Əhməd 15 maddə ilə günahkar bilinərək məhkəmə qarşısına çıxarıldı. Lakin yaranan qarşıdurmalar məhkəmə işini uzatdı. İkinci məhkəmə dindirməsi 1991-ci illin 6- oktyabr tarixində gerçəkləşdi. Sonuncu məhkəmə isə 1991-ci il 16 Oktyabrda qurularaq Şeyx Əhmədi ömürlük həbs cəzası ilə cəzalandırdı.

O səkkiz illik bir zamanda həbsxanada oldu. Bu müddətdə israilin onun azadlığı müqabilində bir çox təklifləri olsa da Şeyx hər cür danışığı batil bilərək israilə rədd cavabı verdi. 1997-ci il Sentyabırın əvvəllərində Ommanda HƏMAS-ın liderlərindən olan Xalid Məşələ qarşı hazırlanan sui-qəsdə cəlb olunan israil odu generalının sui-qəsdə cəhd zamanı Xalid Məşəlin cangüdənləri tərəfindən həbs olunması israildə vəziyyəti gərginləşdirdi. İordaniyanın kralının vasitəçiliyi ilə israilin baş naziri Netanyahu öz generalı müqabilində Şeyx Yasirin dəyişdirilməsinə razılıq verdi. 1997-ci il Sentyabırın 30-da Şeyx Yasin azad buraxıldı. Səhhətinin kəskin pisləşməsi səbəbindən o İordaniyaya, Amman xəstəxanasına gətirildi.

Ammanda müalicə aldığı müddətdə Şeyx anladı ki, bura daha çox onun Qəzzadan uzaqlışdaralması kimi analizə olunan bir məkandır. Buna görə də özünü az da olsa yaxşı hiss edər-etməz Şeyx Qəzzaya, xalqının yanına döndü. O ölkəsində böyük bir sevgi ilə qarşılandı. 1987-ci ildən başlanan azadlıq hərəkatına mənəvi rəhbərlik edən şeyx 2000-ci ildə başlanan mübarizədə də bir lider olaraq öndə durdu. Onun bu geniş iradəsi səbəb idi ki, hətta solçular olan Xristianlar da Şeyx Əhmədin mübarizəsinə həmişə dəstək vermişdilər.

İsrail rəsmiləri Şeyxin yaşadığı müddətdə onlara maniə olacağını anladıqları üçün terror vasitəsi ilə onu qətlə yetirmək üçün planlar hazırlayırlar. Bir toplantıdan çıxdıqları zaman F-16 qırıcı təyyarəsinin havadan açdığı atəş nəticəsində ərazi bombalansa da Şeyx Əhməd və köməkçiçs İsmail Haniyə möcüzəli şəkildə bu terrordan sağ qurtara bilirlər. Lakin hər kəs anlayırdı ki, Şeyxə qarşı hazırlanan sui-qəsd bununla dayanmayacaq. Amma Şeyxi qorumaq digər cəhətdən də çox çətin idi. Elə hərəkatın ilk günlərindən ictimaiyyətin, kütlənin içində olan Şeyx Əhmədin yerini müəyyən etmək o qədər də çətin deyildi. Şeyx isə mövcud vəziyyətdə Allaha təvəkkül edərək xalqın içindən bir anlıq olsun belə kənarda qalmaq istəmirdi. Terror dalğaları isə sionizm israil tərəfindən davam edirdi.

Təkərli əlil arabasına bağlanmış bu mübariz insanın azadlıq eşqi, xalqının rifahı, Allaha olan sonsuz imanı israil dövlətinin nəzərində onu qüdrətli bir ordunun başında duran ən yeni texnika ilə təhciz olunmuş bir sərkərdə kimi görməsinə səbəb olmuşdu. Elə bu səbəb idi ki, 22 Mart 2004-cü il tarxində Sübh namazından çıxan Şeyx Əhməd Yasini evinə götürən maşın israilin havadan etdiyi bombardıman hücumu nəticəsində partladıldı və bu azadlıqsevən HƏMAS-ın mənəvi lideri şəhidlik dərəcəsinə yüksəldi.

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ