Sultan Murad Bayandur kimdir?

Sultan Murad Bayandur kimdir?

Həyatı


31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

 

Hakimiyyəti


Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

 

Hakimiyyətdən getməsi


21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi. Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı. Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.

 

Ailəsi


Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. 1518-ci ildə Urfada öldümüşdür. Övladları:

Yaqub bəy Bayandur
Həsən bəy Bayandur

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ