Tamerlan Qarayev kimdir?

Tamerlan Qarayev kimdir?

Həyatı


Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978-1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992-1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.

 

İctimai-siyasi fəaliyyəti


1990-cı il 22 yanvar tarixində AXC Məclisinin üzvü və ADU hüquq fakültəsinin dosenti T.Y.Qarayev ictimaiyyət nümayəndəsi kimi 20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan SSR Ali Sovetinin deputat-istintaq komissiyasına üzv seçilmiş və məlum komissiyanın sədr müavini təyin edilmişdir. 1990-cı il 30 aprel - 1 may tarixində Göyçayda baş tutan AXC Məclisinin iclasında AXC Məclisinin ilk daimi sədri seçildi. 1990-1991-ci illərdə AXC Məclisinin sədri olmuşdu. 1990-cı il xalq deputatı seçkilərində Azərbaycan Ali Sovetinə xalq deputatı seçildi.

1991-1992-ci illərdə Ali Sovet sədrinin müavini, 1992-1993-cü illərdə isə Ali Sovet sədrinin I müavini olmuşdur. T.Y.Qarayev 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir. 1992-ci ildə T.Qarayev AXC-dən çıxmış, öz siyasi partiyasını - “Doğru yol” Partiyası (DYP) yaratmış, 1992-ci ilin prezident seçkilərində AXC sədri Əbülfəz Elçibəyə qarşı öz namizədliyini irəli sürmüşdü. T.Qarayev 1992-ci ildə prezidentliyə 7 namizəddən biri oldu, amma 1992-ci il iyunun 5-də öz namizədliyini geri götürdü.

1993-2001-ci illərdə Çində, 2004-2011-ci illərdə isə Hindistanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri işləmişdir. 2011-ci ildən İndoneziyada səfirdir.

4 sentyabr 2018-ci ildə Hacı Əbdül Qatır Məmməd ləqəbli Ağdam komandiri Yaqub Rzayevin müəmmalı ölümü və ona ölümündən əvvəl dediklərini danışıb. O, "Qatır Məmməd"in dilindən eşitdiklərini, Azərbaycanın yüksək vəzifəli məmurlarının olduğu "Mi-8" vertolyotunun vurulması əmrinin Tamerlan Qarayev tərəfindən verildiyini deyir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ