Tonq Yabqu xaqan kimdir?

Tonq Yabqu xaqan kimdir?

Hakimiyyəti


618-ci ildə qardaşı Şekuy xaqandan sonra taxta çıxdı. Tan sülaləsindən olan bir şahzadə ilə evlənmək istəsə də İllig xaqan buna imkan vermədi. Hsüançonq adlı bir buddist rahib onun paytaxtını ziyarət etmiş və xaqan haqda bu məlumatları vermişdir:

Xaqan yaşıl ipək paltar geyirdi, saçı 3 metr uzunluğundayıi və sərbəst idi. Başına ağ ipək parçanı arxadan bağlanmışdı. Tarxanların 200 qədər idi. Hamısı işləməli paltarlar geyir, xaqanın sağ və sol tərəfində otururdular. Ordusunun komandanlıq edənlər kürk, ipək və əla növ yun paltar geyinirdilər. Nizə, bayraq və yayları nizamlı idi. At və dəvə süvariləri gözün görə bilmədiyi yerə qədər uzanır.

Tan sülaləsi kitabına görə Qərbi Göytürklərin ən güclü hakimiyyəti məhz onun dövründə yaşanmışdı:

Tonq Yabqu Xaqan cəsur, hiyləgər və döyüş sənətində yaxşı bir adamdır. Bu sayədə şimaldakı Tiele qəbilələrini, qərbdə qarşı-qarşıya olduğu Sasaniləri və cənubda əlaqəli olduğu Kəşmir bölgəsini idarə edir. Bütün ölkələr ona tabe olub. Əli ox və yay tutan on minlərlə kişi sayəsində qərb üzərində böyük bir güc və təzyiq qurdu. Vusunu ələ keçərərək çadırını şimal Daşkənddəki Kiankuana daşıdı. Qərbdə yaşayan bütün şadlar və yabqular bölgələrini Türklər adına idarə etməyə başladı. Tonq Yabgu isə bu bölgələrə bir tudun göndərdi. Qərb Türklərinin dövləti daha əvvəl heç belə bir gücə çata bilməmişdi.

 

Sasani-Türk müharibələri


İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə xaqan Bizans imperatoru I İrakli ilə ittifaq quraraq Sasanilərə qarşı böyük qalibiyyətlər əldə etmişdi. Hətta xaqan ölməsəydi I İraklinin qızı Evdoksia Epifaniya xaqanın oğlu ilə evlənəcəkdi. Xaqan qardaşı oğlu Böri şadın komandanlığı altında Qafqaza ordu göndərmişdi. I Xosrov ilk öncə xaqanı döyüşdən çəkindirmək istəsə də ilk öncə bunu bacarmış lakin daha sonra bu istəyinə çatmamışdı. Moisey Kalankatlı bu barədə yazırdı:

Əgər sizin qızıl, gümüş, qiymətli daşlar, ipək parça və qızılla naxışlanmış və mirvarilərlə süslənmiş libaslara ehtiyacınız var idisə, onda mən sənə onun vəd etdiyinin ikiqatını verə bilərdim. Buna görə sənə deyirəm: İraklinin bihudə kələklərinə görə mənim üzərimə basqınlar etməyin.

Böri şadın orduları 627-ci ildə Dərbənd şəhərinə hücum etmişdi:

Qala divarlarında olan döyüşçülər bu eybəcər, enlisifət, kipriksiz arvadlar kimi uzun və açılmış saçlıların onların üzərinə hücumunu görəndə, onların dəhşətli qorxusu daha da artdı. Onların sərrast ox atmaları qaladakıları daha da sarsıtdı, çünki bu oxlar kamanlardan sanki sel kimi axırdı. Şəhərə girdikdə onlar qaniçən qurdlar kimi xalqa hücum edir, dar küçə və döngələrdə rəhm etmədən hamını qırırdılar. Bu qırğında onlar istər gözəl və gənc qız olsun, istər oğlan, istər xəstə, istər taqətsiz - hamını öldürür, hamını məhv edirdilər, şikəsti də, qocanı da. Öldürülmüş anaların süd yerinə döşlərindən qab əmən körpələrə belə rəhmləri gəlmirdi. Sanki od tutmuş saman kimi onlar bir qapıdan girir o birisindən çıxırdılar və olduğu yerlərdə vəhşi heyvanlara və quşlara bol yem qoyub gedirdilər.

Göytürklərin Dərbənddə törətdiyi qırğın Qafqaz Albaniyasında qorxu yaratmışdı. Paytaxt boşaldılsa da xaqanın orduları irəliləməyə davam edirdilər. Bundan sonra xaqan ordusunu Tiflisə yönləndirdi. Narınqala divarlarının altında görüşən I İrakli və xaqan qucaqlaşdılar. Xaqan imperatora yayını, imperator isə xaqana öz tacını verdi. Tiflisin mühasirəsi nəticəsiz oldu. İmperator cənuba ensə də xaqan mühasirəni davam etdirdi və qalib gələrək Tiflisi də yağmaladı. Bir çox gürcü edam edildi, kor edildi və əsir aparıldı.

 

Sonrakı illər


628-ci ildə Tiflisin ələ keçirilməsindən sonra Gürcü hakimi I Stefanın ölümü və yerinə I Adarnesin təyin olunmasından sonra xaqan öldü. Onun ölümündən sonra Göytürk dövləti zəifləməyə başladı. Böri şad müstəqil hərəkət etməyə başladı və Xəzər xaqanlığını qurdu. Yabqudan sonra Aşina sülaləsinin qolları olan Nuşibilər və Tulular arasında hakimiyyət uğrunda mübarizə başladı.

 

Ailəsi
Oğulları

Tarduş şad - Toxaristan yabquluğunun əsasını qoydu.
Şili Tölis teqin
Si Yabqu xaqan - Qərbi Göytürk xaqanı

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ