EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Vahid Musayev kimdir?

Vahid Musayev kimdir?

Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

1955-ci ildə 176 nömrəli orta məktəbə getmiş, 1966- cı ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.

1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olub. 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakultəni bitirərək zabit kimi Gürcüstanda hərbi xitmətə başlamışdı. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib.

1978-1981 illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. 1981-1984 Gürcüstan (Axalkalakidə) , 1984-1986 Afrika (Maputu), 1986-1988 Ukrayna (Jitomir), 1988-1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olmuşdur.

Vladimir-Volıniski vilayətindən 1990-cı ildə deputat seçilib. 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini və müdafiə naziri olmuşdur (1994).

8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ