EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Vaqif Abdullayev kimdir?

Vaqif Abdullayev kimdir?

Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub.

1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi alıb.

2007-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor adı verilib.

1992-1994-cü illərdə Prezidentin İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləyib. İkinci çağırış Milli Məclisinin deputatı olub.

2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinə başçılıq edib.

Prezidentin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə 3-cü dərəcəli "Vətənə Xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə başçısının sərəncamı ilə 5 oktyabr 2018-ci il trixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ailəlidir, 5 övladı, 10 nəvəsi var.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ