1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.05.2019 17:21:38

ABŞ-da məsciddə baş vermiş insident araşdırılır.

İslamazeri.com-un “Home Town Life”-yə verdiyi xəbərə əsasən, ABŞ-ın Miçiqan ştatının Kanton şəhərinin polisi yerli məsciddə yerli müsəlman icmasınının narahatlığına səbəb olmuş insidenti araşdırır.

Belə ki, həftəsonu uzun paltar və niqab geyinmiş bir şəxs axşam vaxtı məscidə daxil olub. Niqablı “qadın ziyarətçinin” rəftarı dərhal buradakı insanların şübhələrinə səbəb olub: həmin şəxsin siluetindən onun kişi olduğu bəlli olub.

Məsciddə 15 dəqiqə qaldıqdan və müsəlmanların diqqətli baxışlarını sezdikdən sonra, naməlum şəxs məscidi tərk edib.

Yerli polisin məlumatına görə, yad şəxsin rəftarı “qəribə” olub və müsəlmanların Ramazan ayındakı narahatlığı tam başadüşüləndir.

Məscidə gələn müsəlmanlar hesab edirlər ki, həmin şübhəli şəxs məscid ziyarətçilərini diqqəti və silahlı mühafizənin olmasından qorxaraq məscidi tərk edib.


Kişi niqab geyinərək məscidə girdi: Həyəcan yaşandı - ABŞ-da

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ