1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:17.04.2020 12:24:47

Bununla bağlı, Nyu-York Tayms qəzeti bir məqalədə koronavirus pandemiyası dövründə İsrail XXO-nın oğurluğundan bəhs edib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, sionist rejimin casusluq təşkilatı- MOSSAD-ın tabeliyində olan bir orqan işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün maska və tibb ləvazimatları oğurluğunu etiraf edib.

MOSSAD-ın texnologiya mərkəzinin müdiri sionist rejimin peyk kanallarından biri ilə müsahibədə işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə tərzi və onun təhlükələri haqda belə deyib: "MOSSAD, dünya ölkələrinin öz ehtiyaclarının artmasına görə satışından çəkindikləri tibb maskalarını təmin etmək üçün oğurluğa əl atıb."

Bununla bağlı, Nyu-York Tayms qəzeti bir məqalədə koronavirus pandemiyası sayəsində müxtəlif ölkələrin qoruyucu və tibb imkanları, həmçinin informasiyalarının oğurluğunda MOSSAD-ın rolu barədə yazır:  "MOSSAD zabitləri bu dəfə öz fəaliyyətlərini ölkələrin müalicə və tibb ləvazimatlarının oğurlanması və ümumi sanitariya sahələrində irəlilədiblər."

Nyu-York Tayms-ın məlumatına görə, MOSSAD tibb ləvazimatlarını əldə etmək üçün böyük bir əməliyyat otağı yaradıb.

Sionist rejimin nazirlər kabineti MOSSAD-dan istəyibdir ki, işğal olunmuş Fələstin ərazilərində koronavirus böhranı ilə mübarizə üçün 130 milyon ədəddən çox dərman və tibb ləvazimatı əldə etsin.

Sionist rejimin səhiyyə nazirliyi bildirib ki, çərşənbə günündən cümə axşamı gününədək işğal olunmuş Fələstin ərazilərində daha 391 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 12 min 591 nəfərə yüksəlib.


Koronavirus pandemiyası əməliyyatı: Mossad tibbi maska və ləvazimatlar oğurladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi
    Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
     29.05.2020
    Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ