EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.04.2020 10:53:22

Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.

İslamazeri.com xəbər verir ki, Britaniyanın baş naziri Boris Consonun davamlı COVID-19 simptomları ilə xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti pisləşib və o, reanimasiya şöbəsinə köçürülüb. Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.

“Gün ərzində baş nazirin vəziyyəti pisləşib və onun tibbi briqadasının məsləhəti ilə o, xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Baş nazir birinci dövlət naziri olan xarici işlər naziri Dominik Raabın lazım olduğu halda onu əvəz etməsini istəyib” - deyə, baş nazirin ofisinin açıqlamasında bildirilir.

Britaniya baş naziri Boris Conson 10 gün əvvəl koronavirus testi müsbət nəticələnəndən sonra aprelin 5-də əlavə testlər keçirilməsi üçün xəstəxanaya aparılıb.

Baş nazirin sözçüsü Boris Consonun gecəni rahat keçirdiyini və COVID-19 simptomları olan öskürək və qızdırmanın davam etməsi ilə əlaqədar St Tomas xəstəxanasında yerləşdirildikdən sonra da hökumətə rəhbərlik etməyə davam etdiyini bildirib.

Boris Conson Twitter səhifəsində onu və başqalarını bu çətin vaxtda müalicə etdiklərinə görə Milli Səhiyyə Xidmətinə təşəkkürünü bildirib.

“Həkimimin məsləhəti ilə mən hələ də koronavirus simptomları olduğuna görə bəzi testlər üçün xəstəxanaya getdim. Kefim yaxşıdır və mən bu virusa qarşı mübarizə aparmaq və hamının təhlükəsizliyini təmin etmək işini birgə apardığımıza görə öz komandamla əlaqə saxlayıram”, Boris Conson Twitter səhifəsində yazıb.

Consonin sözçüsü Ceyms Slak ona hansı testlərin edildiyini deməkdən imtina edərək, baş nazirin hökumət səlahiyyətlərini yerinə yetirməkdə davam etdiyini deməkdə israr edib.

55 yaşlı Boris Conson martın 26-da COVID-19 diaqnozu qoyulduqdan sonra iqamətgahında karantində idi. O, virusa yoluxaraq xəstələnən ilk hökumət başçısıdır.


Koronavirusa yoluxan Conson reanimasiya şöbəsinə yerləşdirildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ