1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:04.07.2020 05:37:27

Marneuli rayonunun İmir kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirilib

İslamazeri.com xəbər verir ki, Gürcüstanın Marneuli rayonunun İmir kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirilib.

Məhəmməd Rəsulullah (s) adına məscidin həyətində təşkil olunan mərasimdə yerli müsəlmanlar və din xadimləri iştirak edib.
Həmin kənddən olan dəyərli ruhani Hacı Kamran Məmmədovun aparıcılığı və giriş sözü başlayan mərasim din xadimi Kərbəlayi Fuad İsayevin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə açıq elan olunub.

Məscidin axundu Kərbəlayi Elçin Məmmədov qonaqları salamlayaraq İmamın (ə) təvəllüdü münasibəti ilə təbrik edib. O, mərasimin keçirilməsinin təşəbbüskarı və dəstək göstərəni olan Gürcüstan Müsəlmanları İdarəsinə, təşkilatçılıq edən Məscidin Fond üzvlərinə və möminlərinə təşəkkür edib.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayaraq təbriklərini çatdırdıqdan sonra Əhlibeyt imamlarının təvəllüd günlərini keçirmənin əhəmiyyətindən, İmam Rzanın (ə) örnək insani keyfiyyət, xüsusiyyət və fəzilətlərindən danışıb.

Daha sonra Əlmustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare İmam Rzanın (ə) kəramətindən və müsəlmanlara olan tövsiyələrindən söhbət açıb.

Mərasim boyunca Əhlibeyt məddahı Səid Həsən şeir, mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.
Tədbirin sonunda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə püşk atılaraq bəxtinə düşən bir neçə nəfərə kitablar və 8 nəfər şəxsə isə Məşhəd ziyarəti hədiyyə olunub.

Mərasim iştirakçılarına da İmam Rzanın həyatından və İslamın əqidə və əməllərindən bəhs edən proşurlar təqdim olunub.


Koronavirusdan sonra ilk dəfə - Gürcüstanda İmam Rzanın (ə) mövludu keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev: Ermənistan İran üzərindən silah gətirə bilməyib
    Prezident İlham Əliyev bu gün xalqa müraciəti zamanı bəzi açıqlamalar verib
     20.11.2020
    Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı - VİDEO
    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ