EURO 1,9479 NEFT 79,59
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.08.2018 12:17:08

Kral kolbasa və ət məhsulları Halal sertifikatı almış ilk şirkət olaraq artıq uzun illərdir halal və şəriətə uyğun tərzdə kəsilmiş ət və toyuq məhsullarından istifadə edir.

Kral kolbasa və ət məhsulları Halal sertifikatı almış ilk şirkət olaraq artıq uzun illərdir halal və şəriətə uyğun tərzdə kəsilmiş ət və toyuq məhsullarından istifadə edir.

İslamazeri.com olaraq Kral şirkətində monitorinq keçirərək, suallarımızı birbaşa şirkət rəhbərliyinə ünvanladıq. Şirkət rəhbərliyi məhsullarında istifadə etdikləri ət məhsullarının yerli və Hindistanın halal sertifikatlı ətlərindən istifadə etdiyini bildirib. Beyləqanda yerləşən fermer təsərrüfatında qoyun və inək saxladıqlarını və məhsullarında üzü qibləyə, halal yolla kəsilən ətlərdən istifadə edildiyini, ət azlığı olduqda isə Hindistanın Kəşmir vilayətində yerləşən halal sertifikatı ilə ət istehsal edən və Azərbaycandan halal sertifikatlaşma idarəsi tərəfindən ziyarət edilərək ətlərin məhz halal standartlara cavab verdiyini təsdiqlədikdən sonra bu şirkətdən ət məhsulları aldıqlarını bildirib.

Bundan başqa digər məshullarda istifadə edilən toyuq məhsullarının halal toyuqların sinələrindən, həmçinin halal sertifikaları verilmiş digər məhsullardan istifadə edildiyini bildirib.

Qeyd edək ki, Kral şirkəti ancaq halal məhsullar istifadə və istehsal edir və bu standarta keçdikdən sonra bütün avadanlıqlarını dəyişib.

Məhsulların istehsalında istifadə olunan xammaddələr keyfiyyətli və bütün müasir və halal standartlara cavab verən Avropanın öndə gedən şirkətlərinin avadanlıqlarında istehsal olunur.

Kral şirkətinin rəhbəri İslamazeri.com-a danışdı:

Kral şirkətinin Cümə məscidində Qurban bayramı aksiyası:

Onu da qeyd edək ki, bu cür şirkətin ət məhsullarının saytımızda reklam etməyin şəriətlə icazə olmasıyla bağlı böyük alimlərdən birinin mərkəzi ofisinə yazılı (internetlə) sual ünvanladıq və reklam etməyimizin problemi olmamasıyla bağlı cavab aldıq.


Kral kolbasaları halal ət məhsullarından istifadə edir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərbəin zəvvarları üçün İran və İraqda Azərbaycan şəhidlərinin adına xeymələr quruldu - FOTO
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Facebook istifadəçiləri İran və İraqda Azərbaycan şəhidlərinin adına İran və İraqda xeymələrin qurulmasıyla bağlı məlumatlar dərc edirlər. Qeyd edilir ki, bu xeymələrdə zəvvarlar üçün müxtəlif xidmətlər göstərilir...
     21.10.2018
    İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ