1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.10.2019 14:13:43

Kürd döyüşçüləri bildirir ki, Suriya hökuməti Türkiyənin kürdlərə qarşı hərbi müdaxiləsini dayandırmaq üçün ordunu şimal sərhədinə göndərməyə razılaşıb.

Kürd döyüşçüləri bildirir ki, Suriya hökuməti Türkiyənin kürdlərə qarşı hərbi müdaxiləsini dayandırmaq üçün ordunu şimal sərhədinə göndərməyə razılaşıb.

Suriyanın dövlət kütləvi informasiya vasitələri xəbər verib ki, hökumət qüvvələri şimala göndərilib.

Bu, ABŞ-ın qalan ordusunu "əlverişsiz" vəziyyətə görə ərazidən çıxarmasından sonra baş verib.

Ötən həftə başlayan Türkiyənin hərbi müdaxiləsi kürd qüvvələrini sərhəd ərazisindən kənarlaşdırmaq məqsədi daşıyır.

Bu bölgədəki ABŞ-ın əsas müttəfiqi olan kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altındakı bölgələr həftə sonu ağır bombardmana məruz qalıb. Türkiyə iki əsas sərhəd şəhərində üstünlük əldə edib.

Hər iki tərəfdən onlarla mülki şəxs və döyüşçü həlak olub.

SDQ Suriyada özünü İslam Dövləti adlandıran hərbi qruplaşmaya qarşı mübarizədə qərbin əsas müttəfiqlərindən biri olduğu üçün Türkiyənin buraya hərbi müdaxiləsi və ABŞ-ın geri çəkilməsi beynəlxalq etiraz doğurub.

Lakin Türkiyə kürd qruplaşmalarının elementlərini "terrorçu kimi" gördüyünü deyir.

Türkiyə öz sərhəddindən Suriyanın 30 km içərisinə doğru "təhlükəsiz bölgə" yaratmaq istədiyini bəyan edib.

Bundan başqa Türkiyə həmin ərazidə 3 milyondan çox Suriya qaçqınını yerləşdirmək istəyir. Onların əksəriyyəti kürd deyil. Tənqidçilər bunun yerli kürd əhalisinin etnik təmizlənməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. (BBC Azərbaycanca)


Kürdlər Suriya hakimiyyəti ilə razılığa gəlib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ