EURO 1,9126 TRY 0,2916
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:20.03.2019 10:47:19

Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib

İslamazeri.com xəbər verir ki,  Laqodexinin Qabal kəndində imamlar atası, ilk iman gətirən və iman gətirənlərin əmiri, Allahın vəlisi, Peyğəmbərin vəsisi Hz.İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim qeyd olunub.

Mərasimdə elm, din və ictimaiyyət xadimləri, dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan din xadimləri və yerli müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Laqodexinin baş axundu Kərbəlayi Kamran Abbasov Quran tilavətindən sonra çıxış üçün sözü Laqodexi rayonunun bələdiyyə sədri Qaxa Camburiyaya verib.

O, çıxış edərək məclis iştirakçılarını İmam Əlinin (ə) doğum günü və Novruz bayramı münasibəti ilə təbrik edib xoş arzularını çatdırıb.

Mərasimdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Hz. Əlinin (ə) simasında əsl imanlı insanın sifətlərindən, İman və Möminliyin şərtləri  haqda danışıb. Şeyx danışan və canlı Quran olan İmamın fəzilətlərindən və yüksək insani keyfiyyətlərin müsəlmanlar üçün düzgün nümunə olması haqqında ətraflı məlumat verib.

Sonra İdarənin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Hacı Qurban Murquzov Novruz bayramı münasibəti ilə İslamda Bayram anlayışı və müsbət adət və bayramda bəyənilən əməllər haqqında çıxış edib.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Azərbaycandan qonaq olan Əhlibeyt şairi Zamiq Kovsəri yazdığı şeirlərdən oxuyub, Əhlibeyt məddahı Amil Tovuzlu və yerli xanəndə Fuad Bayramovun ifasında ilahi nəğmələr səsləndirilib, qəsidə və qəzəllər oxunub. Mərasim ölkə və İslam dünyası üçün dualar oxunmaqla sona çatdı.


Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bərdə sakini Bakıda 3 nəfərin 160 min manatını mənimsəyib
    Bərdə sakini Bakıda 3 nəfərin külli miqdarda pulunu mənimsəyib.
     23.04.2019
    Bakıda 13 yaşlı qız özünü pəncərədən atdı
    Bakıda 13 yaşlı yeniyetmə qız intihara cəhd edib.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ