Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin xəstəliyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

İslamazeri.com "Parstoday"a istinadən xəbər verir ki, Vladimir Putinin xəstəliyi ilə bağlı şayiələri təkzib edən Sergey Lavrov, bazar günü Fransanın (TF1) kanalına müsahibəsində deyib ki, Putinin xəstə olmasına dair heç bir əlamət yoxdur.
Rusiya XİN rəhbəri insanların Putində hər hansı xəstəlik əlaməti görə biləcəyini düşünmədiyini vurğulayıb.
O qeyd edib ki, oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putin hər gün ictimaiyyət qarşısına çıxır.
Qeyd edək ki, Qərb mediası Rusiyaya qarşı psixoloji müharibəyə başlamaq üçün Putinin müxtəlif xəstəlikləri olduğunu iddia edib.
Lavrovdan Putinin səhhəti ilə bağlı AÇIQLAMA