EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:06.06.2019 13:10:00

ABŞ, İsrail və bəzi ərəb ölkələrinin Fələstinin işğalının leqallaşdırılması ilə bağlı "Əsrin müqaviləsi"nə loyallığı ilə tanınan Fələstin Muxtariyyətinin başçısı da sərt münasibət bildirib

İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, ABŞ, İsrail və bəzi ərəb ölkələrinin Fələstinin işğalının leqallaşdırılması ilə bağlı "Əsrin müqaviləsi"nə loyallığı ilə tanınan Fələstin Muxtariyyətinin başçısı da sərt münasibətini təzələyib.

HƏMAS, İslami Cihad kimi Fələstinin Müqavimət təşkilatları ilə yanaşı Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas , ABŞ, İsrail və bəzi ərəb ölkələrinin Fələstinin işğalının leqallaşdırılması ilə bağlı "Əsrin müqaviləsi" və bu mövzuda bəzi ərəb ölkələrində keçirilməsi gündəmdə olan tədbirləri tənqid edib.

Fitr bayramında çıxış edən Abbas "Növbəti Fitr bayramı Fələstin xalqı, vətənlərini İsrail işğalından azad edərək Qüds paytaxtı olacaq müstəqil dövlətlərini qurmaqla ikiqat bayram edəcəyinə ümid edirəm. Biz bütün münaqişə və problemləri aşacaq, ABŞ-ın "Əsrin müqaviləsi" isə cəhənnəmə gedəcək.", -deyə bildirib.

Qeyd edək ki, dünən Ayətullah Xamenei də "Əsrin müqaviləsi"lə bağlı Fitr Bayramının xütbəsində söz açmış, bu layihə və bununla bağlı sammitlərin ABŞ-ın layihəsi olduğunu bildirib: "Ancaq Bəhreyn rəhbərliyi öz zəiflikləri, acizlikləri, xalq və İslam əleyhinə olan ruhiyyələri ilə bu sammitə ev sahibliyi etdi. Bəhreyn və Səudiyyə rəhbərləri hansı bataqlığıa ayaq basdıqlarını bilməlidirlər”.

İslam İnqilabının Rəhbəri bildirib ki,  “Əsrin müqaviləsi” adlı layihə heç vaxt yekun nəticəyə nail olmayacaq. 


Mahmud Abbas da sükutu pozdu: ABŞ-ın "Əsrin müqaviləsi" cəhənnəmə...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ
    Təhsil Nazirliyindən dərsliklərlə bağlı açıqlama yayıb
     24.06.2019
    Husilərdən Səudiyyəyə hücum: “Bu, hələ son deyil!”
    Husilərin rəsmisi məsələ ilə bağlı məlumat verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ