EURO 1,8813 TRY 0,2926
USD 1,7 RUB 0,0268
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:21.11.2019 10:06:42

Maltalı iş adamı jurnalist Daphne Caruana Galizianın iki il əvvəl öldürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində həbs olunub.

islamazeri.com xəbər verir ki, Maltalı iş adamı jurnalist Daphne Caruana Galizianın iki il əvvəl öldürülməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində həbs olunub.

Yorgen Fenech yaxtasında aparılmış axtarışlar nəticəsində silahlı zabitlər tərəfindən ələ keçirilib.

Bu, Maltanın Baş nazir Joseph Muscatın bu işdə vasitəçi olacaq şəxsi bağışlayacağına söz verdikdən sonra baş verib.

Korrupsiyaya qarşı mübarizə aparan jurnalist, blogger Caruana Galizia 2017-ci ilin oktyabrında evinin yaxınlığında bomba vasitəsilə öldürülüb.

Malta hökumətinin bu işə yanaşması beynəlxalq tənqidlərə səbəb olub.

Çərşənbə günü Valetta şəhərində bir neçə yüz adam baş nazirin istefasını tələb edərək parlament qarşısında etiraz edib.

Nümayişçilər geri çəkilməmək üçün polislərlə mübarizə apararkən bir naziri avtomobilində qalmağa məcbur ediblər.

Cənab Muscat, yerli mediaya bu işdə cənab Fenech-i bu işdə "maraqlı tərəflərdən biri olan insan" kimi xarakterizə edib. Daha sonra bir hökumət rəsmisi BBC-yə cənab Fenechin davam edən istintaqla əlaqədar həbs olunduğunu təsdiqləyib.

"Fakt odur ki, ölkənin aidiyyatı qurumlarına bu əməliyyatı aparmaq üçün yetərli imkanlar yaradılıb. Əsas əməliyyat isə ölkədən indiyədək heç kimi qaçmadığına və ya buna cəhd göstərmədiyinə əmin olmaqdır - bu hökumətin və mənim qətiyyətimin göstəricisidir", - Baş nazir deyib. "Biz hər daşın altına baxırıq", - o əlavə edib.

Times of Malta qəzetinin verdiyi məlumata görə, çərşənbə günü Valletta-nın şimalındakı Portomaso limanından çıxan zaman cənab Fenechin dəbdəbəli yaxtası silahlı patrul gəmisi tərəfindən saxlanıb.

Çərşənbə axşamı cənab Muscat vasitəçi olmaqda şübhəli bilinən pul yuyan şəxsə əfv verilməsi üçün onun məhkəmədə dəlil gətirməli olduğunu söyləyib.

"Baş prokurora əvvəllər görünməmiş bir addım atması - şəxsin vəkilləri ilə danışıqlar aparmaq üçün bir səlahiyyət verdim", - Baş nazirin belə dediyi bildirilir.

"Əgər şəxs əməkdaşlıq edərsə və verdiyi məlumat bu cinayətin ustasını mühakimə etmək üçün kifayət olarsa, həmin şəxs prezident əfvini alacaq".

Yorgen Fenech kimdir?

Cənab Fenech "Tumas" Qrupunun rəhbəri və "Electrogas" enerji istehsal edən şirkətin direktoru olub, lakin çərşənbə günü açıqlanan sənədlərə görə, bu yaxınlarda hər iki vəzifəsindən istefa verib.

Onun həmçinin Maltanın Maliyyə Kəşfiyyatının Təhlili Birliyi (FIAU) tərəfindən Dubayda qeydiyyata alınan "17 Black" adlı şirkətə sahib olması aşkarlanıb. Bu, sonradan BBC-yə təsdiqlənib.

Hesabatda "17 Black"in Maltanın yüksək vəzifəli məmurlarına məxsus gizli Panama şirkətlərinə böyük aylıq ödəmələr edəcəyi və eyni zamanda bir azərbaycanlıdan da külli miqdarda pul alacağı gözlənilir.

"Electrogas"ın səhmdarı olan Alman sənaye qrupu "Siemens", çərşənbə günü verdiyi açıqlamada, cənab Fenech-ə qarşı korrupsiya iddialarından sonra hesabatlarla üzləşdiyini söyləyib.

"Cənab Fenech-in fəaliyyətinə dair ictimaiyyətdəki şübhələrə görə "Siemens", onun İdarə Heyətindəki üzvlüyündən çıxarılmasını istədi" dedi.

Daha kim həbs edilib?

Şübhəli vasitəçi kimi - adı açıqlanmayan - digər üç şübhəli də jurnalistin qətlinə görə həbsdədir.

Üç nəfər - qardaşlar Alfred və George Degiorgio və onların 50 yaşlarında olan dostu Vincent Muscat - 2017-ci ilin oktyabrında evinin yaxınlığında jurnalist Caruana Galizianı öldürən bomba yüklü avtomobilin partlamasında ittiham ediliblər. Onlar 2017-ci ilin dekabrında həbs olunublar və istintaqda günahsız olduqlarını iddia ediblər.

Vinsent Muskatın baş nazirlə heç bir əlaqəsi yoxdur.

Daphne Caruana Galizia kim idi?

Daphne Caurana Galizia 30 illik karyerasında yerli Sunday Times və Malta Müstəqil qəzetlərində çalışan bir araşdırmaçı jurnalist olub.

Lakin öldürüldüyü anda o, 2008-ci ildən bəri tərtib etdiyi antikorrupsiya əleyhinə işləyən "Running commentary" bloqu ilə tanınırdı.

"Panama Sənədlərinin" sızmasının Maltadakı təsirlərindən sonra, Politico xəbər saytı, onu "Həm qeyri-şəffaflıq, həm də korrupsiya ilə məşhur olan Maltada bu iki məsələyə qarşı mübarizə aparan bir qadın WikiLeaks" olaraq xarakterizə etmişdi.

Əməllərini üzə çıxardığı güclü şəxslər tərəfindən müntəzəm olaraq təhdid edilib. O, hədə-qorxu və həyatına təhdidlərin son həddində idi.

Ölümündən əvvəl, Caruana Galizia, öz təhlükəsizliyi üçün Maltadan getməyi düşünürdü. Ancaq o, işinə mane olacağı üçün daimi polis himayəsinə alınmaqdan imtina etmişdi.

Son blog postunu öldürülməsindən yarım saat əvvəl yayımlayana Caruana Galizia "indi baxdığınız hər yerdə fırıldaqçılar var" yazırdı. "Vəziyyət çıxılmazdır".


Maltalı jurnalistin qətlində şübhəli bilinən iş adamı yaxtasında saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
    Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib
     09.12.2019
    Həkimindən Şeyx Zəkzaki ilə bağlı açıqlama
    Şeyx Zəkzaki ilə bağlı mətbuat konfransı keçirilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ