1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:15.09.2018 10:22:22

2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib.

2018-ci ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib.

İslamazeri.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında yer alıb.

Bildirilir ki, bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında (CƏB) yaranan müsbət tendensiyalar hesabına baş verib.

Hesabata əsasən, cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25,7% (564 milyon dollar) artaraq, 2,8 milyard dollar olub:

“2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3,5 milyard dollar məbləğində profisit yaranıb. O cümlədən, neft-qaz sektoru üzrə profisit 6,3 milyard dollar məbləğində olub. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2,1 dəfə (3,3 milyard dollar) artıb. Neft-qaz sektorunun 6,3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2,8 milyard dollarlıq məbləğində kəsirini tam örtüb”.

AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 1,4 dəfə artımı; qeyri-neft ixracının 14,1% artımı; neft-qaz sektorunun 42,3% artımı; xidmətlər üzrə kəsirin 2,1 dəfə azalması və s.

Qeyd edək ki, tədiyyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabil qalır.


Manatı ucuzlaşmağa qoymayan səbəb açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Temperatur 40 dərəcəyə çatacaq
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 iyulda gözlənilən hava şəraitini açıqlayıb.
     18.07.2019
    Nazirlik məlumat yaydı: Bu şəxslər 800 manat cərimələnəcək - XƏBƏRDARLIQ
    Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
     18.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ