EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.10.2019 13:52:43

Ərbəin münasibətilə Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub

Bu günlərdə dünyanın hər bir yerində olduğu kimi, Gürcüstanda da Ərbəin - imam Hüseynin (ə) qırx mərasimi keçirilir.
İslamazeri.com xəbər verir ki, növbəti tədbir dünən axşam Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub.
Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra məscidin və Marneulinin baş axundu Hacı Əziz Nəbiyev tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ərbəinin tarixçəsi və mənası haqda məlumat verib.

Sonra sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O çıxışı zamanı “İmam Hüseynin (ə) Aşura günü söylədiyi tarixi cümlə “Yoxmu bizə yardım edən bir kəs!” haqda danışıb. Müsəlmanların bu gün elm, əməl və maddi dəstək verməklə İmam Hüseynin (ə) köməyinə çatmaq, onu müdafiə edib yaşatmaq imkanı olduğunu bildirib”.
Daha sonra tədbirin əsas xətibi olaraq tanınmış din alimi Höccətulislam Seyid Əliəkbər Ocaq Necat ağa moizə etmək üçün minbərə dəvət olunub.

Bir çox kitabların müəllifi olan bu mütəfəkkir şəxsiyyət əsl “Ərəbin” ziyarətinin fəzilət və xüsusiyyətləri haqda danışıb.

Həqiqi zəvvarın keyfiyyəti barədə geniş məlumat verib.
Moizədən sonra dəyərli məddah Fərşad Xəndani nohə və mərsiyələr oxuyub.

Tədbir camaat halında axşam namazı ilə sona çatıb.


Marneulinin İmam Hüseyn məscidində Ərbəin mərasimi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ