1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.04.2020 11:51:31

MDB ölkələrində, o cümlədən Ukrayna və Gürcüstanda yeni növ koronavirusa yoluxma hallarının ümumi sayı 18,5 min nəfəri keçib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

MDB ölkələri arasında ən çox yoluxma halı Rusiyada qeydə alınıb. Bu ölkədə operativ qərargahının son məlumatına görə, 10 131 nəfər xəstələnib. Sonrakı yerləri Belarus (1 486 hal), Moldova (1 289) tutur. Son məlumatlara görə, Azərbaycanda 926, Ermənistanda 921, Qazaxıstanda 781, Özbəkistanda 582, Qırğız Respublikasında 280 yoluxma halı aşkar edilib.

Ukraynada 1 892, Gürcüstanda 218 yoluxma halı aşkar edilib. Tacikistanda və Türkmənistanda rəsmi olaraq bir yoluxma halı belə qeydə alınmayıb.

Xəstələrin 2,25%-nin öldüyü Moldova istisna olmaqla, MDB ölkələrində epidemiyanın sonuna qədər dəqiq müəyyənləşdirməyin mümkün olmadığı ölüm nisbəti hazırda 1,5%-i keçmir. Ən aşağı nisbətlər Rusiya və Özbəkistanda (müvafiq olaraq 0,75% və 0,52%) qeydə alınıb, digər ölkələrdə ölüm nisbəti 0,97% ilə 1,43% arasında dəyişir.

MDB məkanında orta ölüm nisbəti 1,1% təşkil edir. Dünyada isə koronavirusdan ölüm nisbəti 6,1% təşkil edir.

5 mindən çox insanın xəstələndiyi ölkələr arasında ən yüksək ölüm nisbəti Fransa (14,14%), İtaliya (12,73%), Böyük Britaniya (12,26%), Niderland (11,01%) və Belçika (10,1%) və İspaniyadadır (10%). Sonrakı yerləri İsveç (8,68%), İran (6,21%) və Braziliya (5,27%) tutur. Dünyadakı bütün yoluxma hallarının təxminən üçdə birinin qeydə alındığı ABŞ-da ölüm nisbəti 3,56% təşkil edir.

Ən son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 1,6 milyonu ötüb, 95 mindən çox ölüm faktı qeydə alınıb.


MDB məkanında koronavirusdan ölüm halları dünya ilə müqayisədə 5 dəfə aşağıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei
    "Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "
     04.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ