1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:21.06.2019 16:04:50

Azərbaycanın yeni Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

Azərbaycanın yeni Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

“Report”un xəbərinə görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Bununla da Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi səlahiyyətlərinin icrasına başlayıb.

Müdafiə Sənayesi Nazirliyində keçirilən tədbirdən əvvəl isə M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və şəxsi heyəti ilə vidalaşıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub. 

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib. 


Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ