EURO 1,9377 NEFT 67,39
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.06.2018 10:30:16

Məhəmməd Peyğəmbərə (s) aid edilən və guya o həzrətin yeniyetmə illərində çəkilmiş portret həqiqətə uyğundurmu?

Təəssüf ki, uzun müddətdir bir gənc oğlan portreti bəzi dindarlar tərəfindən Həzrət Mühəmməd Peyğəmbərin (s) şəkli hesab edilir. Son onilliklərdə bəzi müsəlman ölkələrində bu şəkil məqsədyönlü şəkildə dindarlar arasında təbliğ edilmişdir. İddia olunur ki, həmin portreti Peyğəmbərin (s) yeniyetməlik vaxtı əmisi Əbu Taliblə Şama səfəri zamanı görüşdüyü xristian rahib Bəhira (Büheyra) çəkibmiş. Bu məlumat tamamilə yanlışdır. Əvvəla, həmin portret miladi VII əsrin üslubuna qətiyyən uyğun deyil. O dövrdə bu üslubda portret dünyanın heç bir ölkəsində çəkilmirdi. İkincisi, həmin şəklin müəllifi və tarixi məlumdur. Portretin müəllifləri alman əsilli fotoqraf-rəssamlar Lehnert və Landrockdur. Onlar XX əsrin əvvəllərində bir müddət ərəb ölkələrində yaşamış və ərəb mühitini əks etdirən silsilə fotolar çəkmişlər. Tunisli gəncin simasını əks etdirən bu foto 1905-06-cı illərdə çəkilmişdir. (İslamazeri.com)


Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BDU-da yoxlamalar başladı...
    Prezident Administrasiyasına dəvət edilən QMİ sədrini məlum qalmaqalla bağlı dinləyiblər; sabiq rektorun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı hələ də bilinmir...
     19.11.2018
    Cəbhədə düşmən təxribatı: Atəşkəs 25 dəfə pozuldu
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
     19.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ