EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:27.04.2020 13:30:51

Məşədi Dadaş məscidi dini icması "Parlaq imzalar" nəşriyyatının yeni aksiyasına qoşulub

İslamazeri.com xəbər verir ki, Ramazan ayında azyaşlı kitabsevərləri sevindirmək və onları mənəvi qida ilə təmin etmək üçün Məşədi Dadaş məscidi dini icması "Parlaq imzalar" nəşriyyatının yeni aksiyasına qoşulub. Bu haqda hacishahin.az saytı məlumat yayıb.

Məlumatda bildirilir ki,  "Sən də bir uşağın Kitab dostu ol!" və " Bir bağlama kitab al, bir qucaq sevgi göndər!"  şüarları ilə keçirilən aksiyada müxtəlif şəxs, şirkət və qurumların yardımı ilə 500 aztəminatlı ailənin uşaqlarına kitab dəsti hədiyyə etmək planlaşdırılır. Dünya uşaq ədəbiyyatı klassikasının inciləri və gənc uşaq yazarlarımızı kitablarından ibarət dəstə şirniyyat sovqatı da daxildir. Məşədi Dadaş dini icması 50 balaca oxucunu sevindirməyi öz öhdəsinə götürüb.

Məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, böyüyən nəslin mənəvi və intellektual tərbiyəsi hər bir xalq üçün ən strateji, ən əhəmiyyətli məsələdir: "Hər birimiz uşaqların maarfilənməsi, mütaliəni sevməsi üçün əlimizdən gələni etməliyik. Gənc nəslin bu ruhiyyədə böyüməsi, onların mənəvi yetkinliyinin də zəmanətidir. Çünki, elm və mərifət olmayan bir yerdə, din də təhriflərə uğrayır. Ona görə elə kitablara üstünlük verildi ki, uşaqların dünyagörüşünü artırsın, dünya ədəbiyyatı ilə təmasını təmin etsin. Bu işdə bizə dəstək olan hər kəsə, habelə "Parlaq imzalar" nəşriyyatına belə təşəbbüsə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu aksiyalar davamlı olacaq".

Qeyd edək ki, hədiyyə paketinə A. Sent-Eqzüperinin "Balaca şahzadə", R. Baxın "Qağayı Conatan Livinqston", S. Kozlovun "Kirpi dumanda", E. Hüseynoğlunun "Savannaya qayıdış", A. Sükutun "Tuflinlər" və S. Zülfiqarovanın "Meyvələrin şöhrəti" kitabları daxildir.

Xatırladaq ki, bundan əvvəl Məşədi Dadaş məscidi koronavirusdan sonra yaranmış maddi problemlərlə bağlı aztəminatlı və imkansızlara ərzaq yardımı aksiyası keçirmişdi.


Məşədi Dadaş məscidi bu dəfə uşaqları kitab hədiyyəsilə sevindirdi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ