1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:07.04.2020 18:48:04

Koronavirus pandemiyası səbəbindən maddi çətinliyə düşən vətəndaşlara yardım olunub

İslamazeri.com xəbər verir ki, Məşədi Dadaş məscdinin dini icması dünyada, o cümlədən ölkəmizdə yayılmış koronavirus pandemiyası səbəbindən maddi çətinliyə düşən vətəndaşlarımıza yardım göstərib.

İcmanın gənc könüllüləri Bakı, Abşeron və Sumqayıt ərazisində yaşayan yüz ailəyə ərzaq paylayıb.

Məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənlinin bildirdiyinə görə, yardımlaşma dinimizin əsas dəyərlərindəndir.

"Pandemiyanın qarşısını almaq üçün tətbiq olunan karantin rejimi zamanı bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Allaha şükür ki, xalqımız hər zaman əl tutmağı bacarır, hər kəs bacardığı qədər yardım göstərir. Biz bir daha birlikdə güclü olduğumuzu nümayiş etdirdik", -deyə Hacı Şahin Həsənli əlavə edib.

O həmçinin bildirib ki, xeyirli və faydalı işlərin geniş vüsət tapması üçün bu cür aksiyaları təbliğ etmək lazımdır.

Mənbə - hacishahin.az


Məşədi Dadaş məscidindən koronavirusa görə çətinliyə düşənlərə dəstək - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ