EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.10.2018 14:35:05

"Şəxsən mənə maraqlıdır ki, nəyə görə C.Səlimov küçəsində yeni stansiyanın tikintisi az qala Baykal-Amur dəmiryol xətti qədər vaxt aparır"

"Şəxsən mənə maraqlıdır ki, nəyə görə C.Səlimov küçəsində yeni stansiyanın tikintisi az qala Baykal-Amur dəmiryol xətti qədər vaxt aparır"

"Maraqlıdır ki, Bakı Metropoliteninin dövlət müstəqilliyimizin bərpasından əvvəlki 24 illik inkişafı dövründə 18 stansiya və hazırda yeganə olan depo istifadəyə verilib. Amma 27 illik müstəqilliyimiz dövründə cəmi 7 yeni stansiya istifadəyə verilib (az qala 4 ilə 1 stansiya). Həmin 7 stansiyadan da ikisi (C.Cabbarlı və Əcəmi-2 satansiyaları) keçid stansiyalarıdır, yəni, şəhərin yeni ərazisini əhatə etmir. Elə bu səbəbdəndir ki, Bakıda sərnişin daşınmasında Metropolitenin payı 20% civarındadır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "facebook" səhifəsində qeyd edib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
O bildirib ki, Bakı şəhərində ictimai nəqliyyatın hazırkı durumunun heç kəsi qane etmədiyinə, avtomobilləşmə səviyyəsinin cəmi 25% ətrafında olmasına görə mütəmadi tıxacların müşahidə edildiyi hazırkı şəraitdə əsas hədəflərdən biri Metropolitenin inkişafı olmalıdır: "Bu istiqamətdə çoxlu vəsait ayırmaq və həmin vəsaitlərdən səmərəli istifadə etməklə metro şəbəkəsini sürətlə genişləndirmək, Sumqayıt, Xırdalan və Bakı aqlomerasiyasının digər iri məntəqələrini metro ilə əhatə etmək lazımdır. Paytaxtda əsas sərnişin axını Şərq-Qərb istiqamətində və əksinə baş verir. Bu istiqamətdə isə Metropolitenin bircə xətti var, yəni bütün qatarlar "28 May" satansiyasından sonra Şərqə doğru və əksinə bircə xətdən istifadə edir. Bu isə ən ideal intervalda da sərnişin axınını götürə bilməz. Ona görə də ən yaxın zamanda 2-ci Şərq-Qərb (Xətaidən Günəşliyə doğru) xətti də açılmalı, dairəvi sistem təmin olunmalı, qalan istiqamətlərdə şaxələnmələr davam etməlidir. Şəxsən mənə maraqlıdır ki, nəyə görə C.Səlimov küçəsində yeni stansiyanın tikintisi az qala Baykal-Amur dəmiryol xətti qədər vaxt aparır. Belə getsə, növbəti 27 ildə heç 7 stansiya da tikə bilməyəcəyik".


Metrpolitenin növbəti stansiyasının tikintisi niyə yubanır?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Range Rover”lə qəza törətməkdə təqsirləndirilən polisə bəraət verildi
    Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     25.06.2019
    Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı
    Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ